Home KİŞİ NEWS Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

63
0
SHARE

Noyabrın 26-da da Şəki regional “ASAN həyat” Kompleksində ASAN Könüllüləri və Coca-Cola Fondunun birgə təşkilatçılığı ilə ilə həyata keçirilən “ASAN İnkişaf Modeli- Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində təşkil olunan işgüzar inkişaf təlimlərinə start verilib.

Qadınların işgüzar inkişaf platforması olan AIM – W layihəsinin məqsədi Azərbaycanda  qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Tədbirdə iştirak edən Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru Arzu Qocayev bu tipli  təlimlərin region və  qadınların inkişafı üçün önəmin vurğulayıb:

“Elə bu yaxında Şəki şəhərinin tarixi hissələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu o deməkdir ki, şəhər turistlərin daha çox marağını cəlb etməyə başlayır. Məhz burada qadın sahibkarların öz bizneslərinə start verməsi düşünürəm ki, uğurlu nəticələr göstərəcəkdir. Təlimə qoşulan hər bir qadına uğurlar arzulayıram”.

Layihəyə dəvət olunan beynəlxalq təlimçi İşıl Keskin Şahan layihə barədə təəssüratlarını bölüşüb:

“İlk dəfədir Şəkiyə gəlirəm. Azərbaycanın bölgələrinə səfər etdikcə regionlarda yaşayan qadınları daha da yaxından tanımaq imkanım yaranır. Artıq əminliklə deyə bilərəm ki, Azərbaycan qadını təşəbbüskar və əzmlidir. Təlimə hər kəs böyük maraq göstərir. Burada faydalı ola bilirik. Bu da bizi sevindirir”.

Şəki Destinasiya Menecmenti Təşkilatınını direktoru Səbinə Yadullayeva qadınlar üçün turizm imkanlarından və Şəkidə alternativ turizm növlərinin inkişafının stimullaşdırılması üçün bu tipli layihələrin önəmindən danışıb.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər Professor Bülent Himmetoğlu, Dr. İşıl Keskin Şahan və Soner Şahan iştirak edir.

Layihə çərçivəsində bundan əvvəl Mingəçevir və Qubada təlimlər baş tutub. Layihə Şəki ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt iqtisadi zonlarını da əhatə edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here