Home KİŞİ NEWS Şəkidə qadınlar üçün təşkil olunan təlimlər başa çatıb

Şəkidə qadınlar üçün təşkil olunan təlimlər başa çatıb

43
0
SHARE

1 dekabr 2019-cu il tarixində “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində Şəkidə təşkil olunan işgüzar inkişaf təlimləri başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Heydər Əliyev mərkəzində keçirilən bağlanış mərasimində təlimlərdə iştirak edən 230 iştirakçıya sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru Arzu Qocayev, Azərbaycan Dövlət Pedaqoji Universtitetinin Şəki filialının direktoru, dos. Rafiq Rəsulov, beynəlxalq təlimçi-ekspertlər Prof. Dr. Bülent Himmetoğlu, Dr. İşıl Keskin Şahan və Dr. Soner Şahan da iştirak ediblər.

2019-cu il 26 noyabr – 1 dekabr tarixlərində Şəki rayonunda təşkil olunan bu layihədə iştirakçılara beynəlxalq təlimçi-ekspertlər tərəfindən sahibkarlıq fəaliyyəti və karyera inkişfaı üzrə müvafiq təlim modulları keçirilib, “Şəki üzrə turizm imkanları” mövzusunda seminar (workshop) təşkil olunub, iştirakçıların ideyaları dinlənilib, müvafiq dəstək formaları müzakirə olunub. Eyni zamanda iştirakçılara “ABAD” publik hüquqi şəxsin baş marketoloqu Nərmin Məmmədli tərəfindən “ABAD” mərkəzlərinin fəaliyyəti, ailə əməyinə əsaslanan təsərrüfatlara təqdim etdiyi xidmətlər, yaradılmış brendlər haqqında məlumatlandırıcı görüş baş tutub.

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Layihə çərçivəsində bundan əvvəl Mingəçevirdə və Qubada təlimlər baş tutub. Layihə Şəki ilə yanaşı, Gəncə, Qəbələ və Sumqayıt iqtisadi zonalarını da əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here