Home İDMAN “Olympic Moves” layihəsi çərçivəsində rayondaxili mərhələ başladı

“Olympic Moves” layihəsi çərçivəsində rayondaxili mərhələ başladı

37
0
SHARE

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,  həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təfərdaşlığı ilə həyata keçirilən məktəblilərin “Olympic Moves” layihəsi çərçivəsində Bakı şəhəri üzrə rayondaxili mərhələsi başlayıb.

Komandaların rayondaxili yarışlarına noyabrın 21-dən start verilib.

Bu mərhələdə də iştirakçılar layihənin proqramına daxil olan 3 idman növü – badminton, həndbol və velosiped idmanı növü üzrə məktəblilər bacarıqlarını sınayıblar.

Yarışlarda hər rayondan birinci yeri tutan məktəblərin (liseylərin) komandaları  finala vəsiqə qazanacaqlar. Final mərhələsində mübarizə aparıb qalib gələnləri təşkilatçılar tərəfindən kubok və diplomlarla, eyni zamanda, həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar.

Oyunlar müfafiq idman federasiyalarının dəstəyi ilə idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.

“Olympic Moves” ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir.

Yarışlara mütəmadi azarkeşlik edən məktəbə xüsusi mükafat təqdim olunacaq.

Qeyd edək ki, Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və aktiv həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here