Home KİŞİ NEWS “Olympic Moves” layihəsi çərçivəsində məktəbdaxili yarışlar başa çatıb

“Olympic Moves” layihəsi çərçivəsində məktəbdaxili yarışlar başa çatıb

195
0
SHARE

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi,  həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təfərdaşlığı ilə həyata keçirilən məktəblilərin “Olympic Moves” layihəsi çərçivəsində Bakı şəhəri üzrə məktəbdaxili yarışlar başa çatıb.

Lahiyənin proqramına daxil olan 3 idman növü: badminton, həndbol və velosiped idman növü üzrə məktəblilər bacarıqlarını sınayıblar.

Birinci yeri tutan komandaların rayondaxili yarışlarına 21 noyabr tarixində start veriləcək.

Noyabr ayının birindən etibrən başlayan məktəbdaxili yarışlara Bakı şəhəri üzrə 12 rayondan ümumilikdə 291 məktəb qoşulub. Məktəbdaxili mərhələdə yarışan məktəblilərin sayı isə 13 min nəfərdən çox olub.

İdman növləri üzrə yarışların ikinci mərhələsinin qalibləri təşkilatçılar tərəfindən diplom və sertifikatla, final mərhələsinin qalib komandaları və məşqçiləri kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Layihə Velosiped, Həndbol və Badmonton İdman Federasiyalarının birgə əməkdaşlığı ilə icra olunur.

“Olympic Moves” ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir.

Yarışlara mütəmadi azarkeşlik edən məktəbə “Ən yaradıcı və coşqulu azarkeş” nominasiyası üzrə xüsusi mükafat təqdim olunacaq.

Qeyd edək ki, “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və aktiv həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayır.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here