Home KİŞİ NEWS “HELL ENERGY”dən beynəlxalq şirkətlərə nümunə olacaq addım

“HELL ENERGY”dən beynəlxalq şirkətlərə nümunə olacaq addım

35
0
SHARE

“HELL ENERGY Macarıstan” son 5 ildə ətraf mühitə zərərsiz alüminium qablaşdırma istehsalı nisbətini 95%-ə çatdırıb. Alüminium qablaşdırmaların yenidən emalını təşkil edən zavod sayəsində şirkət yenidən emal olunan alüminiumdan növbəti istehsalatda istifadə edir.

Araşdırmalar göstərir ki, həm qida təhlükəsizliyi, həm keyfiyyətin saxlanılması, həm də ətraf mühitin qorunması baxımından faydalı olan qablaşdırma materialı alüminiumdur. Aluminium qablaşdırma içkinin keyfiyyətini qoruyur, içkini oksigen və işığa qarşı 100% müdafiə etməklə vitrində uzun müddət qala bilməsini təmin edir.

“HELL” şirkətinin çoxillik strategiyasına əsasən şirkətin alüminium qablaşdırmadan istifadəsi ilbəil artır.

“HELL ENERGY”nin Azərbaycan nümayəndəsi deyir ki: “Biz gələcək üçün çalışırıq. Sosial məsuliyyəti yerinə yetirərək növbəti beş ildə bizim portfoliomuza daxil olan məhsullarda 99% alüminium qablaşdırmadan istifadə olunacaq və PET şüşə istehsalı azaldılacaq”.

Elə bu yaxınlarda plastik istehsalatı ilə bağlı dərc olunan xəbərlərə görə, Ellen MacArthur Fondu və Dünya İqtisadi Formu birgə araşdırma apararaq, bu nəticəyə gəliblər ki, 2050-ci ildə okeanlarda toplanan plastik tullantıların çəkisi okeanlarda mövcud olan balıqların çəkisini ötəcək.

Araşdırma həm də onu göstərir ki, plastik tullantıların yenidən emalı uzun müddət tələb etdiyi üçün onlar təbiətdə daha çox qalır və təbiətə daha çox zərər yetirir. Alüminium tullantılar isə istənilən vaxt təkrar emala yararlı olur. İstehlakçı alüminium qabı yenidənemal konteynerinə atdıqdan cəmi 60 gün sonra isə həmin qab yenidən mağaza rəflərində yerini tuta bilir.

“HELL ENERGY” 2017-ci ildə istifadəyə verdiyi, sahəsi 42 min kvadrat metr olan zavodda sırf alüminium qablaşdırma istehsal edir. Dünya standartlarına uyğun həmin zavodun illik istehsal həcmi 1,2 milyard ədəd qablaşdırmadır.

“HELL ENERGY”-nin CEO-su Barnabas Csereklye də yenidənemalın əhəmiyyətini vurğulayıb: “HELL ENERGY”nin unikallığı ondadır ki, şirkət bir çox ölkələrdə qablaşdırma zavodu və alüminium qab istehsalında bazar lideridir. Bu, bizə qeyri-paralel strategiya tutmağa icazə verir. İstifadə etdiyimiz alüminium qablaşdırmalar tamamilə yenidənemala yarayır, inanırıq ki, gələcəkdə təbiətə zərər vermədən həmin qabları yenidən emala cəlb edəcəyik”.

Qeyd edək ki, “HELL ENERGY” ən sərt beynəlxalq ərzaq təhlükəsizliyi standartı olan FSSC-22000-ə cavab verən zavodunda istehsal etdiyi bütün məhsullara zəmanət verir. Zavod “Strateji İstehsalat Mükafatları” tərəfindən Avropanın ən yaxşı 3 zavodundan biri seçilib və o vaxtdan bəri inkişafına davam etməkdədir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here