Home KİŞİ NEWS Gəncə şəhərində TOPs layihəsi çərçivəsində açıq dərs keçirilib

Gəncə şəhərində TOPs layihəsi çərçivəsində açıq dərs keçirilib

80
0
SHARE

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində Gəncə şəhərində yerləşən iki orta ümumtəhsil məktəblərində “Açıq dərs”lər keçirilib. “Açıq dərs”lərdə Gəncə şəhər 1 № (müəllim Taleh Məmmədov-8-ci sinifdə), 18 № (müəllim- Rövşən Camalov- 6 –cı sinifdə), 34 № (müəllim- Sayad İmamverdiyev -5-ci sinifdə) və 39 № (Vüqar Mehdiyev, Xəqani Hüseynov – 6-cı sinifdə) məktəblərində təşkil olunmuşdur.

Açıq dərslərin təşkil olunmasında məqsəd müasir təlim üsullarının tətbiq edilməsi ilə şagirdlərin həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsidir.

Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

Qeyd olunmalıdır ki, TOPs proqramı çərçivəsində Gəncə şəhərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər təşkil edilib. Təlimlər zamanı müəllimlərə TOPs metodologiyasından istifadə etməklə fiziki tərbiyə dərslərini şən, təhlükəsiz və daha da keyfiyyətli tədris edilmə üsul və formaları nəzəri və praktiki formada tətbiq edilməsi yolları araşdırılaraq mənimsədilmişdir. Təlimlərdə iştirak edən müəllimlər TOPs metodologiyasını artıq bir müddətdir ki, öz dərslərində tətbiq edirlər. Açıq dərsdə isə müəllimlər yeni metodologiyanın səmərəliliyini nümayiş etdirməklə şagirdlərin dərsə necə maraqla yanaşdığını və öz fiziki imkanlarını şən, təhlükəsiz və hamı üçün əlçatan bir formada dərsləri tədris ediblər. “Açıq dərs”də şagirdlər komandal müxtəlif idman oyunlarını və yarışlarını icra ediblər.

Açıq dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, “Açıq dərsləri Layihənin əməkdaşları, şəhər Təhsil Şöbəsininin məsul işçiləri, məktəb rəhbərliyi, müəllimlər və valideynlər izləmişlər. Müasir təlim üsulları ilə təlimatlanan fiziki tərbiyə müəllimləri dərsləri  aktiv şəkildə tədris etməklə fiziki tərbiyənin tədrisinin  yeni bir mərhələdə olduğunu bir daha göstərmişlər. Belə dərslər öz növbəsində şagirdlərin fiziki və funksional göstəricilərinin inkişafı ilə bərabər uşaqların mübarizə ruhunu yüksəldir, həm də dostluq, əməkdaşlıq hisslərini gücləndirir”.

2019-2020 tədris ilində TOPs proqramının ölkənin bütün ərazisində tətbiq olunması qərara alınmışdır. Bunun üçün təlimlərin keçirilməsi prosesi bölgələr üzrə davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here