Home HƏKİM MƏSLƏHƏTİ Yeməkdən dərhal sonra çay içirsinizsə…

Yeməkdən dərhal sonra çay içirsinizsə…

650
0
SHARE

Yeməkdən dərhal sonra çay içmək insanlar tərəfindən vərdiş halını alıb. Lakin bu vərdiş dəmiri bədəndən xaric edir, bu da öz növbəsində sürətlə kökəlməyə səbəb olur.

Kişi Magazine Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Sinan Akkurt danışıb. O bildirib ki, dəmir əskikliyi kökəlməyin başlıca səbəblərindəndir.

Onun sözlərinə görə, səbəbsiz yorğunluq, halsızlq, əsəbilik, ürəkdə döyüntü, baş ağrısı, bulantı, əl və ayaqların soyuq olmasının səbəbi də məhz dəmir əskikliyi ola bilər. Çünki dəmirin olmaması vücudda qansızlıq yaradır:

“Bunu qan analizi ilə öyrənmək olar. Hemoqlabinin normadan aşağı olması qanın azlığından xəbər verir ki, buna da əksər zaman dəmir əskikliyi səbəb olur. Qeyd etməliyəm ki, bundan əziyyət çəkən şəxslər asanlıqla arıqlaya bilmirlər. Çünki dəmir əskikliyi hormonal pozuntulara da gətirib çıxarır. Bu da arıqlamaq əvəzinə artıq çəki qazandırır”.

Mütəxəssis dəmir əskikliyindən əziyyət çəkən və arıqlamaq istəyən insanların saxladıqları pəhrizin faydasız olduğunu qeyd edib:

“Belə şəxslər idman etməklə, ac qalmaqla arıqlaya bilməzlər.

Dəmir əskikliyi bununla yanaşı yaddaş zəifliyinə, diqqət əskikliyi inkişaf geriləməsinə də yol açır”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here