Paylaş
MADRID, SPAIN - FEBRUARY 22: Ronaldo of Real Madrid shoots during the UEFA Champions League match between Real Madrid and Juventus at The Bernabeu Stadium on February 22, 2005 in Madrid, Spain. (Photo by Ross Kinnaird/Getty Images) *** Local Caption *** Ronaldo

Braziliya yığmasının sabiq üzvü Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

“Kişi Magazine” Apasport.az-a istinadən bildirir ki, Madrid “Real”ı haqda danışan “Yekədiş” karyerasını bərpa etməyə hazır olduğunu bildirib.

AS nəşrinə açıqlama verən əfsanəvi futbolçu sabiq komandasını tərifləyib. Bununla belə, o, ehtiyac olacağı təqdirdə, məşqlərə başlayıb, “Real”a qayıda biləcəyini istisna etməyib: “Real”da qol vuran futbolçu çoxdu. Onların Kriştianu Ronaldo və Kərim Benzema kimi hücumçuları var. Əminəm ki, qarşıdakı oyunlarda bu baxımdan problemlə üzləşməyəcəklər. Əksi olsa, çəkimi azaldıb, qayıtmağa hazıram”.

Ronaldo “Kral klubu”nun son illərdəki uğurlarına da toxunub:

“Real” nəyə qadir olduğunu həmişə göstərib. Komanda son illərdə də yaxşı nəticələrə imza atıb. Ötən mövsümdə Çempionlar Liqasının qalibi olmağı bacardılar. Cari mövsüm isə yeni start götürüb”.

Qeyd edək ki, Ronaldo 2002-2007-ci illərdə “Real”ın formasını geyinib. O, “qalaktikos”un heyətində 177 oyunda 104 qola imza atıb.