Home Biznes Klass Yaxşı investorda axtarılan keyfiyyətlər

Yaxşı investorda axtarılan keyfiyyətlər

246
0
SHARE

İqtisadiyyatın günü-gündən inkişaf etdiyi bir dövrdə yaxşı investor olmaq üçün maliyyə biliklərinə yiyələnmək şərtdir. Bəs görəsən, axtarılan investor olmaq üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdır?

“Kişi Magazine” Bizplus.az-a istinadən bu xüsusiyyətləri təqdim edir.

1. Maliyyə bazarlarını və maliyyə alətləri haqqında bilgiyə sahib olmaq və texniki analiz aparmağı bacarmaq

İlk olaraq, maliyyə ilə bağlı bilgilərimizi inkişaf etdirməli, maliyyə alətlərinin xüsusiyyətlərini bilməliyik. “Odur-budur” ilə seçim yalnız bir-neçə dəfə uğur gətirə bilər. Maliyyə bazarları ilə bağlı bilgilərinizi “Finance for Everyone”, “The İntelligent İnvestor”, “How to make money in stocks” kimi kitablarla artıra bilərik. “İnvestopedia.com” kimi saytlar da burada köməyinizə çatacaqdır. Krizislərlə bağlı filmlər izləməyimiz də bilgilərimizi daha da artıracaqdır.

2. İnvestisiyalarını müxtəlif yerlərə yönləndirmək

Dəbdə olan məhsullar kimi, bir anlıq yüksəlişə keçsə də, qısamüddətli dövr üçün keçərli olur və bir neçə aydan sonra heç kimin yadına düşmür həmin məhsullar. Maliyyə bazarlarında da buna oxşar hallar baş verir. Yalnız bir investisiya alətinə pul yatırmağımız həmin bölümdə uğursuzluq baş verdiyi halda, bütün pulumuzu itirmək deməkdir və bunu da heç kim istəməz.

3. Hansı rolu oynayacağını yaxşı bilməli

İnvestor bu işə başlamazdan əvvəl qərar verməlidir ki, maliyyə bazarlarında qısa müddətli dövrdə aparacaq əməliyyatların (aktiv investor) yoxsa uzunmüddətli dövrdə (passiv investor). Aktiv investor olmaq hər an maliyyə bazarlarında baş verən dəyişiklərini izləməli, qərarlarını mümkün qədər sürətli və dəqiq verməlidir. Əgər passiv investor olacağıqsa, şirkətin layihələrini, şirkətlə bağlı xəbərləri, maliyyə raportlarını izləməyimiz daha məsləhətlidir.

4. Nizam-intizamlı olmaq

Normal həyatımızda nizamlı yuxu saatımızın olması, keyfiyyətli qidalanmağımız, nizamlı idmanla məşğul olmaq sağlamlığımızın artmasına müsbət təsir göstərirsə, maliyyə bazarlarında da intizama sahib olmaq, misal üçün, günə 5 əməliyyat etmək, maliyyə bazarlarında lazımsız səhvlərin qarşısını alacaqdır. Çünki daha az seçim etmə şansımızın olması daha doğru qərarlar verməyimizə təşviq edəcəkdir və ziyan artığı halda, daha çox ziyana getməyimizin də qarşısını alacaqdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here