Home KİŞİ NEWS Xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibət dəyişmir

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibət dəyişmir

87
0
SHARE

Ötən gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında yaradılmış Ağcabədi icma əsaslı sosial reabilitasiya və günərzi qayğı mərkəzləri Beynəlxalq Əlillər Gününə həsr edilmiş ənənəvi rayon tədbirində iştirak etmişlər. Rayon icra hakimiyyəti bu tədbirin formatını 2013-cü ildə Ağcabədi günərzi qayğı mərkəzi fəaliyyətə başlayandan sonra dəyişərək onu daha çox uşaq yönümlü etməyə qərar vermişdir. Qeyd etmək lazımdır ki, elə həmin ildən başlayaraq Ağcabədi günərzi qayğı mərkəzinin uşaqları bu tədbirin sadəcə seyrçisi deyil, əksinə aktiv iştirakçısına çevrilmişlər. Mərkəz uşaqlarının hər ilki tədbirdə məxsusi musiqili-bədii və maarifləndirici proqramla çıxışı tədbiri iştirakçılar üçün onu daha maraqlı və yadda qalan edirdi. Rayon icra hakimiyyətinin əvvəlki başçısı Şahin Kərim oğlu Məmmədovun təşəbbüsü ilə başlayan bu ənənə 6 il ərzində davam etmişdir.

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə yeni başçı – Rafil İsrafil oğlu Hüseynov təyin edilmişdir. Sevindirici haldır ki, icra hakimiyyətinin başçısının dəyişməsinə baxmayaraq 3 dekabr – Beynəlxalq Əlillər Gününün qeyd olunması ənənəsi və formatı dəyişilməmişdir.

Bu dəfə də Ağcabədi rayon icra hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon şöbəsi ilə birlikdə sağlamlıq imkanları məhdud olan uşaqlar və əlilliyi olan rayon sakinləri üçün maraqlı və rəngarəng tədbir proqramı təşkil etmişlər. Hər il olduğu kimi bu dəfə mərkəzin uşaqları tədbir iştirakçılarına öz şer, rəqs və musiqi nömrələri ilə xoş ovqat bəxş etmişlər. Yeganə fərq ondan ibarət olmuşdur ki, bu ilki tədbirdə təkcə  Ağcabədi günərzi qayğı mərkəzi deyil həm də 2019-cu ildə fəaliyyətə başlayan icma əsaslı sosial reabilitasiya mərkəzinin uşaqları da iştirak edərək tədbirə öz töhfələrini vermişlər.

Mərkəzə və mərkəzdən faydalanan uşaqlar, həmçinin ailələrlə göstərdikləri diqqət və qayğı, ən vacibi isə əlillik məsələsinə olan həssaslığa görə bütün uşaqlar və ailələr adından sabiq başçı Şahin Kərim oğlu Məmmədova və yeni təyin edilmiş Rafil İsrafil oğlu Hüseynova dərin təşəkkürümüzü bildirir onlara yeni təyinatlarında uğurlar arzulayırıq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here