SHARE

Xoruldamaq deyib keçməyin! Baxın, xorultu hansı xəstəliklərə səbəb olur!

Dünyada milyonlarla insanın ortaq cəhəti olan xorultu yuxu zamanı tənəffüs borusunun qismən qapanması nəticəsində ortaya çıxır. “Kişi Magazine” Lent.az-a istinadən xəbər verir ki, xorultu çənə, boyun və dildəki əzələlərin yumşalaraq hava yolunu örtməsi ilə nəfəs alına bilməməsi halıdır və oksigen çatışmazlığından bir çox xəstəliyə yol aça bilər.

Xorultunun səbəb olduğu xəstəliklər:

  • Tez-tez tualetə getmək istəyi
  • Yaddaş itkisi
  • İflic
  • Depressiya
  • Diabet
  • İnfarkt
  • Yuxusuzluq

35 yaşdan yuxarı olan insanlar bu xəstəliyə görə daha böyük risk altındadır.

Xoruldamamaq üçün nələr etməli?

  • Yuxudan qısa müddət əvvəl yeyilən ağır qida və içkilərdən uzaq durun.
  • Yatmadan əvvəl ağır yemək yemək boğaz əzələlərinin normaldan daha çox yorulmasına səbəb olar.
  • İdmanla məşğul olun və artıq çəkiləriniz varsa, pəhriz saxlayın.
  • Ciddi xoruldama probleminiz yoxdursa, yatış pozisiyanızı dəyişdirin. Üzüstü və ya yan yatın.
  • Yatarkən belinizə içində tenis topu olan çanta taxın. Belinizin orata boşluğuna gətirin, ya da qatlanmış ikiqat corab yerləşdirin.
  • Yataq otağında hava axını olduğundan əmin olun.
  • Siqaret çəkirsinizsə, azaldın, ya da həmişəlik tərgidin.
  • Xorultu yastığından istifadə edin.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here