SHARE

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Maddi rifaha doğru gedən yolda xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbəttə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanıq, robot deyilik. Amma yenə də, planlaşdırmaqda fayda var. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərdən gedir. Siz sual verəcəksiniz ki, niyə məhz 10?

Çünki sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin məbləği büdcəniz üçün mühümdür. Belə məbləğlərin planlaşdırılmamış şəkildə xərclənməsi sizin maliyyə tarazlığınıza təsir edə bilər. Bu təcrübədə yoxlanılıb, bu səbəbdən də bu faktı olduğu kimi qəbul edin. Beləliklə, aşağıda yer almış qaydalar, əsasən öncədən planlaşdırmanın əsasında qurulub. “Kİşi Magazine” Bizplus.az-a istinadən bu qaydaları təqdim edir. Onları öyrənin və istədiyiniz kimi işlədin.

Hər ay üzrə xərclərin planını tərtib edin

Bu planda mütləq şəkildə bütün xərclərin məbləği olmalıdır. Bəzi məbləğləri əvvəlcədən qeyd etməkdə çətinlik çəkirsinizsə, planda maksimal dərəcədə yaxın olan bir məbləğ göstərin. Bu yanaşma sizə pul vəsaitlərinin hansı məbləğdə və nəyə xərcləyəcəyinizi görmək imkanı yaradacaqdır. Belə etdikdə, sizdə ay ərzində sürpriz kimi, gözlənilməyən xərclər peydə olmayacaq. Bu müəssisənin öz fəaliyyətini necə planlaşdırmasına bənzəyir. Sizdə eynilə belə etməlisiniz. Aşağıda sizin üçün xərclərin planlaşdırılmasının real nümünəsi göstərilmişdir.

Bütün alış-veriş edəcəyiniz şeyləri qabaqcadan planlaşdırın

Söhbət ondan gedir ki, Siz məsələn, gələn ay özünüz üçün paltar yuyan maşın almağı planlaşdırırsınız. Onun qiymətini öyrənirsiniz və fikirinizdə onu gələn maaşadək alıb ala bilməyəcəyinizi hesablamağa çalışırsınız. Ala biləcəksinizsə, bu əladır, ala bilməyəcəksinizsə, onun üçün pul toplamaq lazım gələcəkdir. Pulun düzgün şəkildə necə toplanması barədə burada oxuyun. Qəfil edilən alış-verişlərdən çəkinin, çünki ehtimal var ki, Siz öz maddi gücünüzü düzgün hesablaya bilməyəcəksiniz. Müxtəlif alış-verişləri planlaşdırmaqla yanaşı, sizin üçün başqa xərcləri də planlaşdırmaq pis olmaz, məsələn, ad günlərini, müxtəlif bayramları və s. Belə halda, maliyyə sürprizləri sizdən yan keçəcəkdir.

Ərzaqları əvvəlcədən yazılmış siyahı üzrə alın

Nə üçün ərzaqlar haqqında ayrıca bir söhbət açmışıq? Çünki qidalanmaya sərf olunan xərclər bizim büdcənin təxminən yarısını təşkil edir. Bu səbəbdən də, əvvəlcədən sizə lazım olacaq ərzaqların siyahısını tutun və yalnız bundan sonra supermarketə yollanın. Bundan əlavə, özünüz üçün bir qayda olaraq, siyahıda olmayan ərzaqları almamağı vərdiş halına gətirin. Hətta onları siyahıya yazmağı unutsanız belə və onlar sizə lazım olsa belə. Heç bir qorxusu yoxdur. Gələn dəfə alarsınız. Bu cür alış-veriş üsulu çox güclü effektə malikdir və sizin həddindən artıq ərzaq almağınızın qarşısını alacaqdır. Belə baxanda, əslində bizə elə də çox şey lazım deyil. Bu üsuldan istifadə etdikdə, siz təəcüblə aşkar edəcəksiniz ki, sizin ərzaqlar ilə bağlı xərcləriniz azalıbdır.

Ac olduğunuz vaxtda ərzaq almayın

Bu mümkündür və çox gülməli səslənir, lakin belə bir fakt var ki, mağaza və ya supermarketdə olduğunuz zaman  sizi aclıq hissi bürüyürsə, 90 % hallarda, evə qayıtdıqdan sonra siz evdə çox sayda lazımsız ərzaq və ya həddindən artıq qida aşkar edəcəksiniz. Özünüzü müşahidə edin, istəsəniz, eksperiment də keçirin. Bu hamı ilə olur. Nəticə çox sadədir-əvvəlcədən qidalanın, sonra isə mağazaya yollanın. Beləcə, siz yalnız  lazım olan şeyləri alacaqsınız və özünüzü lazımsız xərclərdən qoruyacaqsınız.

Hər hansı qarşılaşacağınız vəziyyətdə sizə lazım olacaq pul vəsaitindən artıq pul götürməyin

Bu çox sadə, amma çox effektiv bir qaydadır. Siz sadəcə pul kisənizdə olan məbləğdən artıq xərcləyə bilməyəcəksiniz. Bu qayda, xüsusilə, müxtəlif emosiya və vəziyyətlərin təsiri altında pul xərcləməyə zəiflik göstərən şəxslərə aiddir.

Aydan-aya pullarınızı necə xərcləməyinizi izləyin

Bu qayda ondan ibarətdir ki, biz aydan-aya öz pullarımızı necə xərcləməyimizi izləməliyik. Bu, belə demək olarsa, statistikadır. Aylıq xərclərinizin statistikasını aparın. Bu statistikanı sizə uyğun istənilən formada apara bilərsiniz. Bu nə üçün lazımdır axı? Bu sualın cavabı aşağıda göstərilən qaydada öz əksini tapmışdır.

Lazımsız xərclərdən azad olun

Öncə müzakirə etdiyimiz qaydada deyildiyi kimi, sizdə, belə desək, bir neçə ay üzrə xərclərin statistikası olmalıdır. Bu şəkildə siz bütün lazımsız xərclərin qarşısını ala biləcəksiniz. Lakin elə bir vəziyyət ola bilər ki, sizin bütün xərcləriniz “lazımlıdır”. Dilxor olmayın. Siz xərclərinizin bəzi bəndlərini azaltmağa cəhd edə bilərsiniz.

Borclardan azad olun

Siz maksimal dərəcədə tez bir şəkildə bütün borclarınızdan qurtulmalısınız. Çünki hər hansı bir borc sizin üçün əlavə xərcdir. Onlardan tezliklə canınızı qurtarın.

İfratçılığa qapılmayın

Böyük bir həvəslə qənaət etməyinizə və bütün xərclərinizi minimuma endirməyinizə ehtiyac yoxdur. Bu düzgün deyil. Necə yaşayırdınızsa, elə də yaşayın, sadəcə öz xərclərinizi nəzarət altında saxlayın, onları izləyin və üzərində düzəlişlər edin. Vəssalam. İfratçılığa isə qapılmaq lazım deyil. Çünki sərt qənaətlə qarşılaşaraq, siz yenədə nəzarətdən çıxmış xərclərə yol verəcəksiniz. Bir müdrik adamın söylədiyi kimi “Orta yol ilə gedin”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here