SHARE

Amerika alimləri minlərlə insanların doğulduğu fəsli, sağlamlığını və xasiyyətini müqayisə etdikdən sonra aşkar ediblər ki, bu amillər bir-biri ilə müəyyən dərəcədə bağlıdır.

“Kişi Magazine” Sağlamolun.az istinadən xəbər verir ki, alimlərin fikrinə görə, insanın doğulduğu fəsil onun xasiyyətinə və sağlamlığına müəyyən dərəcədə təsir göstərir, bəzi xəstəliklərin riskini artırır. Alimlər bunu hamiləlik zamanı qadın orqanizminə olan müxtəlif səbəblərlə (klimat, vitamin və mineralların çox və ya az olması, gün şüalanması, virus və infeksiyalarla təmas və s.) izah edir.

Qışda doğulan insanlarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinə daha tez-tez təsadüf edilir. Həmçinin qışda doğulan insanlarda ağır depressiyalar və psixiki xəstəliklərin riski də digər fəsillərdə doğulan insanlarla müqayisədə daha yüksəkdir. Qışda doğulanlar inadkar olur, karyera və biznes qurmaqda tez-tez böyük nailiyyətlərə nail olurlar.

Yazda doğulan insanlar digər fəsillərdə doğulanlarla müqayisədə daha ucaboy olur. Onlarda autoimmun və limfa sistemi xəstəliklərinin riski daha yüksək olur.

Yayda doğulan insanlar optimist olur, özünü digər fəsillərdə doğulan insanlarla müqayisədə daha xoşbəxt hiss edir, depressiyaya daha az meyilli olurlar. Bu insanlarda görmə problemlərinin riski daha yüksək olur.

Payızda dünyaya gələnlər daha çox yaşayır, onların arasında üzünömürlülərə tez-tez təsadüf edilir.  Bu insanlarda allergiya xəstəliklərinin və astmanın riski daha yüksək olur. Payızda doğulan insanlar əsəbi olur.

Maraqlıdır ki, müxtəlif ölkələrdə aparılan elmi araşdırmalar göstərib ki, maydan avqusta qədər doğulan insanlarda xərçəngin riski digər aylarda doğulanlarla müqayisədə daha aşağıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here