Home KİŞİ NEWS Xaçmaz rayonunda TOPs təlimləri keçirilib

Xaçmaz rayonunda TOPs təlimləri keçirilib

113
0
SHARE

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Xaçmaz rayonunda baş tutub.
Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
Təlimlərə Xaçmaz rayonu üzrə 150 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər zamanı müəllimlərə fiziki tərbiyə dərslərinin daha səmərəli və keyfiyyətli tədris metodları vasitəsi ilə şən, təhlükəsiz və inklüziv tədrisin yolları araşdırılaraq mənimsədilib.
Təlimlər zamanı müəllimlərə TOPs metodologiyası praktiki formada göstərilib, proqramın əhatə etdiyi müasir təlim üsullarıları yerində tətbiq olunub.
Bütün müəllimlərə Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanan və gündəlik tədris planlaşdırmasını əvəz edəcək metodiki tədris kartları da təqdim olunub.
TOPs təlimlərində iştirak edən müəllimlər yeni metodologiyanı dərslərində tətbiq etdikdən sonra açıq dərslər və dərsdənkənar fəaliyyətlər zamanı müxtəlif idman festivalları təşkil edəcəklər. Burada məqsəd şagirdlərin həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirməklə erkən yaşlarından idmana olan bağlılığın artırılmasına nail olmaqdır.
2019-2020 tədris ilində TOPs proqramına respublikanın bütün ərazisinin əhatə edilməsi nəzərdə tutulmuşdur. Xaçmazda baş tutan təlimlərlə bütün Şimal regionunun rayonlarındakı ümumtəhsil məktəblərinin müəllimləri TOPs təlimlərindən keçmişlər. Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here