Home İDMAN Ulu öndərin ad gününə həsr edilmiş idman festivalı keçirilib

Ulu öndərin ad gününə həsr edilmiş idman festivalı keçirilib

244
0
SHARE

May ayın 17-sində TOPs layihəsinin 5-ci mövsümündə Bakı şəhəri Xətai rayonu 269 № li tam orta məktəbdə  “İdman Festivalı” keçirilib. Festival Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmişdir.

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Layihənin məqsədi Fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsi ilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

İdman Festivalında Rayonun 269 və 27 saylı məktəblərinin ümumilikdə 150 nəfərə yaxın şagirdi iştirak etmişdir. Şagirdlər müxtəlif idman fəaliyyətlərində fiziki və liderlik bacarıqlarını nümayiş etdirmiş, musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda qalib və mükafatçılara Diplom və Kuboklar təqdim edilmişdir. Festivalda uşaqların çıxışlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi, Britaniya Səfirliyinin nümayəndələri və “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəsmiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.

Festivalda qalib və mükafatçılara kuboklar təqdim edilib.

Məktəbin direktoru Alla Vəzirova bildirib ki, “Məktəbimiz öz idman ənənəsi  ilə seçilən məktəbdir. TOPs layihəsinə cəlb olunduqdan sonra bu sahadə daha böyük uğurlara imza atmışıq. Belə ki, artıq məktəbimizin oğlan şagirdlərindən ibarət basketbol komandamız ardıcıl iki il Respublika çempionu olaraq Ölkəmizi Məktəblər arasında keçirilən Dünya Çempionatında təmsil etmişlər. Bu tədris ilində isə qızlardan ibarət voleybol  komandamız da Ölkə çempionu olaraq Ölkəmizi Dünya çempionatında təmsil etmişlər. Bütün bunlar məktəbimizdə düzgün qurulmuş fiziki tərbiyə prosesinin nəticəsində əldə edilmişdir. TOPs təlimlərindən yararlanmış fiziki tərbiyə müəllimlərimiz işlərini daha peşəkar səviyyədə qurur və bu da şagirdlərimizin həm fiziki cəhətdən sağlam inkişaf etməsində, həm də onların layiqli bir ölkə vətəndaşına çevrilməsində öz müsbət təsirini göstərir”.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019 tədris ilində TOPs proqramına əlavə olaraq 100 ümumtəhsil məktəbi qoşularaq Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-yə çatdırılmışdır. Cari tədris ilində TOPs layihəsinə yeni cəlb olunan ümumi təhsil müəssisələrindən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəllimi TOPs təlimlərindən keçərək sertifikatlandırılmışlar. Müasir təhsil texnologiyasının tətbiqi ilə həyata keçirilən fiziki tərbiyə fənlərindən əlavə olaraq daha  100,000 nəfərə yaxın şagirdin faydalanması gözlənilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here