SHARE

Twitter rəsmi hesabından simvol sayının artırılması istiqamətində fəaliyyətə başladığını bildirib. Bununla yanaşı bu haqda məlumatlar Twitterin bloqunda da paylaşılıb. Bloqda buna səbəb dillər arasındakı fərqliliyin olduğu göstərilib. Məsələn: əgər biz fikrimizi 140 simvol çərçivəsində izah etməyə çalışırıqsa, simvol sayını keçməmək üçün cümlədəki sözlərin sayını azaltmalı oluruq. Hətta bu söz önəmli olsa belə. Beləliklə, bu da fikrimizi aydın şəkildə ifadə edə bilməyimizə mane olur və ya biz twit atmaq fikrindən daşınırıq.

Bloqda yapon dili kimi bəzi dillərdə bu məhdudiyyətin çətinlik yaratmadığı da öz əksini tapıb. Belə ki, yaponcada bu çətinlik 0,4%, ingilis dilində isə 9 % özünü göstərir. Yaponca atılan twitlərdə əsasən 15, ingilis dilində atılan twitlərdə isə 35 simvoldan istifadə olunduğu bildirilir.

Twitter  nəzərdə tutulan yeniliyin hələ test mərhələsində olduğunu, komanda olaraq bu işə böyük həvəslə yanaşıldığını qeyd edib.

Mənbə: Pazarlamasyon.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here