Home KİŞİ MƏTBƏXDƏ Türk mətbəxindən pətəkli lazanya

Türk mətbəxindən pətəkli lazanya

424
0
SHARE

Bu dəfə Kişi mətbəxdə bölməsində Türkiyə mətbəxinə məxsus olan pətək lazanyasını təqdim edirik. Buyurun, tərkibi və hazırlanma qaydası ilə tanış olun.

Tərkibi:
500 q qiymə (mal əti)
2 baş soğan
4 diş sarımsaq
1 yerkökü
1 şirin bibər
500 ml süd
500 ml qırmızı şirin şərab
600 qr öz şirəsində pomidor konservi
50 qr pendir
350 q tubini pastası (qalın borucuqlar)
“İtalyan otları ilə Himalay duzu qarışığı” ədviyyatı (zövqə görə)
2-4 xörək qaşığı zeytun yağı
duz
istiot

Hazırlanması:
Soğan, sarımsaq və bibəri xırda doğrayın, yerkökünü sürtgəcin iri gözündən keçirin. Dərin tavada zeytun yağını qızdırıb tərəvəzi əlavə edərək yumşalınca bişirin.
Qiyməni əlavə edib qarışdıraraq rəngini dəyişənəcən bişirin.
Südü əlavə edib qiymə ilə tərəvəz südü tam hopduranadək bişirin.
Şərabı əlavə edib, tam çəkilənədək bişirin.
Pomidorları şirəsi ilə birlikdə blenderdən keçirib tavadakıların üzərinə tökün. Duz, istiot, ədviyyat qatıb 10-15 dəqiqə bişirin.
Formanı yağlayın, sousu içinə tökün.
Tubiniləri sousun içinə şaquli yerləşdirin, elə edin ki, sous tubinilərin içinə dolsun.
Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.

Lazanya hazırdır. Nuş olsun!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here