Home KİŞİ NEWS TOPs təlimləri Quba, Siyəzən, Xızı rayonlarında  baş tutub

TOPs təlimləri Quba, Siyəzən, Xızı rayonlarında  baş tutub

75
0
SHARE

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Quba, Siyəzən, Xızı rayonlarında  baş tutub.

Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

Təlimlərə Quba rayonunun bütün ümumtəhsil məktəblərindən 150, Siyəzəndən 35, Xızıdan isə 20 nəfər olmaqla, ümumilikdə 200 nəfərdən çox fiziki tərbiyə müəllimi cəlb olunub.

Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün Fiziki Tərbiyə üzrə Tədriş Planları araşdırılaraq, TOPs metodikası vasitəsilə  üzrə praktiki fəaliyyətlər  həyata keçirilib və yeni tədris metodları izah olunub.

Layihə çərçivəsində hazırlanmış Fiziki tərbiyə üzrə innovativ vəsait olan Metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edərək müəllim fəaliyyətini stimullaşdıraraq tədrisdə daha yaxşı nəticələrin əldə edilməsinə hesablanmışdır.

TOPs təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını  tətbiq etməklə Açıq dərslər keçəcək, həmçinin dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsi ilə bərabər, erkən yaşlarından idmana olan bağlılıqlarını artırmağa imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb və ölkənin bütün ümumtəhsil məktəblərinin cəlb olunması nəzərdə tutulub .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here