Home KİŞİ NEWS TOPs təlimləri başa çatıb

TOPs təlimləri başa çatıb

318
0
SHARE

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümündə fiziki tərbiyə müəllimləri üçün keçirilən təlimlər başa çatıb.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgəəməkdaşlığı ilə həyata keçirilir.

Proqram çərçivəsində ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə təlimlər keçirilib. Proqramda nəzərdə tutulmuş 100 ümumtəhsil məktəbindən  ümumilikdə, 355 fiziki tərbiyə müəllimi təlimlərdə iştirak edib. Layihədən yararlanan şagirdlərin sayı isə 57468 nəfərdir  ki, onlardan 28046 –sını qızlar təşkil edir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Layihənin rəhbəri Vəli Musayev bildirib ki, bu təlimlərdən sonra Bakı şəhərinin bütün ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri 3 günlük TOPs təlimlərində iştirak etdilər və növbəti təlimlərə isə həmin məktəblərin ibtidai siniflərində fiziki tərbiyə fənnini tədris edən ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Təlimləri müvəffəqiyyətlə başa vuran müəllimlərə Sertifikatlar təqdim olunacaqdır:

“TOPs təlimlərini  keçməkdə əsas məqsəd müasir təlim texnologiyası vasitəsi ilə müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaqdır. Təlimlər zamanı  fiziki tərbiyə Proqramı, onun müasir üsullarla tədrisi metodları araşdırılaraq praktiki fəaliyyətlər vasitəsi ilə müəllimlərin diqqətinə çatdırılmışdı.

 TOPs layihəsi çərçivəsində innovativ tədris materialları olan Metodiki  tədris kartları hazırlanmış və təlimidə iştirak edən məktəb müəllimlərinə təqdim edilmişdir. Metodiki tədris kartları ümumtəhsil məktəblərinin Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanmışdır. Mövzular üzrə gündəlik planlaşdırmanı əvəz edir və müəllim fəaliyyətinin stimullaşdırılması üçün nəzərdə tutulmuşdur. Belə Tədris Kartları müəllim fəaliyyətinin gündəlik planlaşdırılması üçün hesablanıb “.

Təlim iştirakçısı, 90 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Mətanət Quliyeva bildirib ki, təşkil edilən təlimdən çox məmnun qalıb:

“Təlimlərdə tədrisə dair yenilikləri təlimçilər tərəfindən öyrənirik və onların təcrübəsindən yararlanırıq. Artıq altı tədris vahidinin açıqlamasını tamlığı ilə öyrənmişəm. Burada mənimsədiyimiz texnikaya uyğun oyunlar təşkil edildi. Biz də tədris etdiyimiz siniflərdə eyni metodologiyanın tətbiqinə başlayırıq”.

Təlimlərdə iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsulları ilə  açıq dərslər keçəcək və idman festivalları təşkil edəcəklər.

Qeyd edək ki, Azərbaycanda TOPs proqramının tətbiqinə 2014-cü ildə pilot layihə kimi start verilib. 2014-2017-ci illəri əhatə edən dövr ərzində 300 nəfər ibtidai sinif və 700-ə yaxın fiziki tərbiyə müəllimi yerli və xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunaraq sertifikatlandırılıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here