Home İDMAN TOPs layihəsinin 5-ci mövsümü başa çatdı

TOPs layihəsinin 5-ci mövsümü başa çatdı

53
0
SHARE

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında  TOPs layihəsinin 5-ci mövsümünün bağlanış mərasimi keçirilib.

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Bağlanış mərasimində Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Firudin Qurbanov, British Council Azerbaijan təşkilatının direktoru Samr Xia, BC –ın İnsan Resursları üzrə Regional Meneceri  Dana Kaufman və Cənubi Qafqaz üzrə direktoru  Zaza Purtseladze, UNİCEF Azərbaycanın nümayəndələri Min Yuan və Aida Ailarova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə, Milli Olimpiya Komitəsinin üzvü,  İnkişaf Naminə İdman İB – nin sədri Mehman Kərimov, layihəyə qoşulan müəllimlər iştirak ediblər.

Mərasimdə bildirilib ki, 2018-2019-cu tədris ilində Tops proqramına 100 məktəb əlavə olunub. Əlavə olunmuş  məktəblərdən TOPs təlimlərinə ümumilikdə 600 nəfərə yaxın müəllim cəlb edilib.  Onlardan 400-ü fiziki tərbiyə, 200-ü ibtidai sinif müəllimidir.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki,

 “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması layihəsinin Azərbaycanda tətbiqinə ilk dəfə 2014-cü ildə Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilib və hal-hazırda bu   proqrama qoşulan məktəblərin sayı 250 – ə çatdırılıb. TOPs metodikası həmçinin inklüziv təhsilin inkişaf etdirilməsinə də olduqca yaxşı zəmin yaradan tədris metodikasıdır. Layihənin əsas məqsədləri təlimlər vasitəsi ilə   müəllimlərin  bacarıqlarının artırmaqla dərslərinin inklüziv, fəal – interaktiv təlim vasitəsi ilə praktiki tədrisinə nail olmaqdır. Fiziki tərbiyə dərslərinin tədrisində 1-ci – 9-cu siniflər üzrə innovativ Tədris Materialları hazırlanması da bir yenilikdir və müəllim fəaliyyətinin stimullaşdırılması üçün nəzərdə tutlmuşdur. Bu materiallar müəllimlərə dərslərdə daha rəngarəng, inklüziv və mövcud Tədris Proqramına uyğun olaraq çevik dəyişikliklər etmək imkanı verir. Təlimlərdən sonra müəllimlər yeni tədris metodikası ilə daha keyfiyyətli fiziki tərbiyə üzrə açıq dərslər verib və İdman festivalları təşkil ediblər. Bu tədris metodikası ilə keçirilən festivallar və açıq dərslərdən sonra şagirdlərdə fiziki tərbiyə dərslərinə olan maraq müsbətə doğru dəyişib və idmana olan bağlılıq artıb. Ümumilikdə təlimlərdən keçən müəllimlərin sayı 2000 nəfər, layihədən yararlanan şagirdlərin sayı isə 240 000 minə yaxındır. Bu Proqramın növbəti tədris illərində  Respublikamızın bütün ümumtəhsil məktəblərində tətbiq olunması nəzərdə tutulur”.

ADBTİA- nın prorektoru Təhminə Tağızadə də çıxış edərək iştirakçılara TOPs layihəsi çərçivəsində Akademiyanın Elmi Tədris laboratoriyasında aparılmış Elmi Tədqiqat işinin nəticələri  ilə bağlı məlumat verib.

Layihə çərçivəsində müəllim fəaliyyətinin stimullaşdırılması üçün ötən 2017-2018-ci tədris ili   üzrə  elan edilən müxtəlif nominasiyalı müsabiqələrin qalibləri təltif edilib.

  1. “İbtidai siniflər üzrə ən yaxşı Açıq Dərs”, müsabiqəsinin qalibi Şamaxı şəhər 2 saylı məktəbin ibtidai sinif müəllimi –Tünzalə Bağırova.
  2. “Fiziki tərbiyə üzrə ən yaxşı Açıq Dərs”, müsabiqəsinin qalibi, Nizami rayonu 242 saylı məktəbin fiziki tərbiyə müəllimi – Asəf Mehdiyev
  3. “Ən yaxşı İdman Festivalı “, müsabiqəsinin qalibi Akademik Z. Əliyeva adına liseyin kollektivi

Layihə müddətində təlimlərdə iştirak edən hər bir müəllimin sertifikatlaşdırılması da həyata keçirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here