Home KİŞİ NEWS TOPs layihəsi çərçivəsində 220 saylı məktəbdə “Açıq dərs” keçirilib

TOPs layihəsi çərçivəsində 220 saylı məktəbdə “Açıq dərs” keçirilib

205
0
SHARE

“TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 4-cü mövsümündə Nizami rayonu 220 saylı inklusiv məktəbdə “Açıq dərs” keçirilib. 3-cü sinif şagirdləri üçün “Çeviklik qabiliyyətinin inkişaf etdirilməsi” mövzusunda təşkil olunmuş açıq dərsin məqsədlərindən biri də TOPs metodikasını inklusiv sinifdə tətbiqi, eyni zamanda bu təcrübənin digər məktəblərdən olan fiziki tərbiyə müəllimlərinə nümayiş etdirilməsi idi.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

“Açıq dərs”də müxtəlif məktəblərin fiziki tərbiyə müəllimləri, valideynlər ilə yanaşı Azərbaycanda səfərdə olan British Council təşkilatının Təhsil və Cəmiyyət məsələləri üzrə regional direktoru Riçard Everit (Richard Everitt) iştirak edirdi.

Açıq dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, artıq 4-cü ildir ki, həyata keçirilən proqram ilk illərdə pilot layihə kimi 3 məktəbi əhatə etsə də, artıq məktəblərin ümumilikdə sayı 150-ə çatıb:

“Layihə nəticəsində ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədris metodikası təkmilləşdirilir və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanır. Sevindirici haldır ki, inkulisiv məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar da bu proqrama qoşulur, aktiv idmanla məşğul olmaq, digər uşaqlarla birgə yarışmaq və şənlənmək imkanı qazanırlar”.

Dərsdən sonra Richard Everitt və British Council təşkilatından olan digər nümayəndələr 220 saylı məktəbin rəhbərliyi və açıq dərsdə iştirak etmiş fiziki tərbiyə müəllimləri ilə görüşüb “Açıq dərs” və ümumilikdə layihənin müxtəlif istiqamətləri üzrə faydası haqda ətraflı söhbət etdilər.

Qeyd edək ki, TOPs proqramından 2017 – 2018-ci tədris ilində respublikanın Bakı, Sumqayıt, Laçın, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ şəhərlərindən 78 ümümtəhsil orta məktəbinin 500 müəllim və 140,000 nəfərə yaxın məktəblisi faydalanacaq.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here