Home KİŞİ NEWS TOPs layihəsi çərçivəsində 138 saylı məktəbdə “Açıq dərs” keçirilib

TOPs layihəsi çərçivəsində 138 saylı məktəbdə “Açıq dərs” keçirilib

346
0
SHARE

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Xətai rayonu 138 saylı məktəbdə inklüziv ibtidai sinifdə fiziki tərbiyə fənnindən “Açıq dərs” keçirilib.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Layihənin keçiriməsində əsas məqsəd fiziki tərbiyə fənnini tədris edən müəllimlərin müasir təhsil texnologiyaları ilə təmin etməklə onların praktiki peşə bacarıqlarının artırılmasına nail olmaq və  daha keyfiyyətli tədris nəticəsində şagirdlərin fiziki-psixoloji sağlamlığının qorunmasını təmin etməkdir. Layihənin əsas məqsədlərindən biri də fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılmasına nail olmaqdan ibarətdir.

TOPs metodologiyası həmçinin inklüziv tədrisi də özündə birləşdirən təlim üsullarına malikdir. Bu metodologiya üzrə həm fiziki tərbiyə, həm də ibtidai sinif müəllimləri təlimlərdə iştirak edərək şən, təhlükəsiz və hamı üçün əlçatan dərslər tədris edirlər. Belə bir metodologiyanın tətbiq edilməsi nəticəsində müəllimlər siniflər üzrə tədris planında nəzərdə tutulmuş təlim nəticələrinə asanlıqla nail olurlar. Fiziki tərbiyə fənninin belə tədrisi şagirdlərdə fiziki göstəricilərin artırılması ilə fənnlərarası inteqrasiyanı təmin edərək digər fənnnlərin də qavranılmasına öz müsbət  təsirini göstərir.

Xətai rayonu 138 saylı məktəbinin 4-cü sinifində keçirilən açıq dərsin məqsədi müxtəlif hərəkət kompleksləri və oyunlar vasitəsi ilə şagirdlərdə komanda ruhunun  inkişaf etdirilməsinə nail olmaq idi. Dərsdə şagirdlər fərdi, cütlərlə və komandalı fəaliyyətlərlə öz bacarıqlarını daha da inkişaf etdirməyə çalışmışlar. Açıq dərsin gedişini  Təhsil nazirinin müavini Firudin Qurbanov, Britaniya Şurası (British Council) təşkilatının Azərbaycan Respublikasındakı Filialının Direktoru  Samr Şah, tərəfdaş təşkilatların digər rəsmi nümayəndələri və şagirdlərin valideynləri izləmişlər. Dərsdən sonra qonaqlarla valideynlərin inklüziv tədrisdə fiziki tərbiyə dərslərinin tədrisinin uşaqlara olan təsiri haqqında  səmimi söhbətləri baş tutmuşdur.

Açıq dərs yekunlaşdıqdan sonra Təhsil nazirinin müavini Firudin Qurbanov və Britaniya Şurası təşkilatının Azərbaycan Respublikasındakı Filialının Direktoru Samr Şah arasında Tennis üzrə yoldaşlıq oyunu keçirilmişdir.

Qeyd edək ki, TOPs Proqramına  Bakı, Sumqayıt , Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından olan ümumilikdə, 250 ümumtəhsil məktəbi cəlb olunmuşdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here