Home KİŞİ BİLMƏLİDİR Termosları təmizləməyin 3 asan üsulu

Termosları təmizləməyin 3 asan üsulu

309
0
SHARE

Gündəlik həyatda tez-tez istifadə etdiyimiz termosları yumaq bəzən çətin olur. Kişi Magazine-nin Ailem.az-a istinadən verəcəyi bu üsulla termoslarınızı asanlıqla təmizləyərək daha gigiyenik hala gətirə bilərsiniz.

1. Toz halında olan yuyucu vasitə

Termosun içinə isti su doldurun və içərisinə bir qaşıq toz yuyucu vasitə əlavə edin. Bir az saxladıqdan sonra termosu yaxşıca yuyun.

2. Mineral su

Bir stəkan mineral suyu termosa tökün. Üzərini su ilə doldurun. 1 gecə boyu bu şəkildə saxlayın. Daha sonra durulamanı həyata keçirin.

3. Şüşə fırçası

Termos şüşədən hazırlanıbsa, bu fırçanı istifadə etməyiniz şərt deyil. Ancaq digər növ termosları təmizləmək üçün ideal vasitədir. Şüşə fırçasına pul vermək istəmirsinizsə, termosun içinə düyü tökün və isti su əlavə edin. Çirklər təmizlənənə qədər çalxalayın.

Əgər termosunuzdan pis qoxu gəlirsə, içinə bir stəkan duz tökün. Bir neçə gün boyu bu şəkildə saxladıqdan sonra termosu yuyun.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here