Home KİŞİ NEWS Təqvimdə 103-cü ilini yaşayan ölkə

Təqvimdə 103-cü ilini yaşayan ölkə

237
0
SHARE

Kii Magazine Kulis.az Şimali Koreya haqda maraqlı faktları təqdim edir.

1Marixuana qadağan deyil.

Şimali Koreyada marixuana narkotik sayılmır. İstədiyin qədər çəkə, özünlə daşıya bilərsən. Heç kim sənə heç nə deməyəcək. Koreyalıların çoxu marixuana çəkir. Amma ağır narkotiklər qadağandır və onlardan istifadə edənləri ölümcül cəza gözləyir. Əgər Şimali Koreyaya getmək asan olsaydı, yəqin ki, bu otu sevənlər ora axışardı.

2. Şimali Koreyada amerikalı əsgərlər yaşayır

Şimaldan Cənubi Koreyaya qaçanlar haqqında eşitmişik, amma vaxtilə bunun tərsi də olub. 1960-cı illərdə Şimali Koreyaya 6 amerikan əsgəri gedib. İndi həmin amerikalılar Şimali Koreyada yaşayır və müxtəlif təbliğat proqramlarında iştirak edirlər. Həmin əsgərlərin 4-ü, 1966-cı ildə Koreyanı tərk etmək istəyiblər, SSRİ səfirliyinə müraciət ediblər, amma alınmayıb. Bəziləri orda evlənib, arvad-uşaq sahibi olublar.

3. Şimali Koreyada ələ keçirilmiş Amerika gəmisi var.

Şimali Koreya dünyada yeganə ölkədir ki, orada ələ keçirilmiş amerikan gəmisi var. Gəmi 1968-ci ildə ələ keçirilib. Bu kəşfiyyat gəmisi olub və Koreya kəşfiyyatı tərəfindən yaxalanıb. Ekipajla çox pis davranılıb. Düz 1 ildən sonra ABŞ gəminin ekipajını geri ala bilib. Gəminin özü isə orda qalır.

4. Şimali Koreya – kommunist ölkəsi deyil

2009-cu ildə konstitusiyadan “kommunizm” və “kommunist” ifadələri çıxarılıb. İndi ölkənin əsas ideologiyası “çuçxe” adlanır. Bu ideologiyaya inansaq, Şimali Koreya iqtisadi, siyasi baxımdan yeni dünyanın yaradıcısıdır.

5. Koreyada indi 103-cü ildi

Koreyanın yeni təqvimi 1997-ci ildə hazırlanıb və hazırda rəsmi təqvim sayılır. Bu təqvim ilk rəhbər Kim İr Senin anadan olduğu gündən – 15 aprel 1912-ci ildən hesablanır. Gülməlisi ondadır ki, bütün sistem Qriqoriyan təqvimi ilə gedir, sadəcə illərin sayılmasını yeniləyiblər.

6. Ən böyük stadion

Şimali Koreyada dünyanın ən böyük stadionu yerləşir. Bu stadion 150 min adam tutur. 1989-cu ildə tikilən stadion tez-tez dövlət tədbirləri üçün istifadə olunur. Ümumiyyətlə, koreyalılar futbola baxmağı sevirlər.

7. Əfsanəvi heyvanı tapan koreyalılar

2012-ci ildə şimali koreyalı alimlər təkbuynuzun qalıqlarını tapdıqlarını iddia ediblər. Təkbuynuz əfsanəvi bir məxluqdur. Adətən başının ortasında buynuzu olan ağ at şəklində təsvir edilir. Köhnə yazılarda Təkbuynuz öküz bədənində, sonralar keçi, daha sonralar isə at bədənində təqdim olunur. Təkbuynuz bakirəlik, təmizlik nişanəsi sayılır. Əfsanəyə görə tutulması mümkün olmayan bir heyvandır. Yalnız bakirə qız ona yaxınlaşanda tabe olur və diz üstə oturur… Koreyalı alimlər isə iddia edirlər ki, təkbuynuzlar həqiqətən olub və Tonmen krallığına məxsusdurlar. Dünyada gülüş doğuran bu iddiaya Koreyada çox ciddi yanaşırlar.

8. Dərəcələr cədvəli

Şimali Koreyada dərəcələr “cədvəli var”. Burda 51 dərəcə var, vətəndaş bu dərəcələrə sahib olduqca onun maaşı da, sosial güzəştləri də, ərzaq almaq imkanları da artır. Vətəndaş dövlətin nə qədər çox etibarını qazansa, rəhbərə nə qədər çox sadiqlik nümayiş etdirsə, dərəcəsi o qədər artır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here