Home KİŞİ MƏTBƏXDƏ Tənbəl kişilər üçün keks

Tənbəl kişilər üçün keks

277
0
SHARE

Çox vaxt sərf etmədən həyat yoldaşınıza dadlı sürprizlər etmək istəyərsinizmi?

Kişi Magazine bu işdə sizə kömək edəcək. Belə ki, ləzzətli keks hazırlamaq üçün sizə lazım olan, mətbəxinizdə asanlıqla əldə edə biləcəyiniz ləvazimatlar bunlardır:

  • 1 fincan şəkər tozu
  • 1.5 fincan un
  • 3 xörək qaşığı kakao
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı duz
  • 1 fincan su
  • 5 yemək qaşığı duru yağ
  • 5 yemək qaşığı sirkə
  • 1 çay qaşığı vanil
  • 1 çay qaşığı qəhvə dənəcikləri( zövqə görə)

Hazırlanma qaydası:

Yuxarıda göstərilən bütün ləvazimatları qatılaşana qədər yaxşıca qarışdırın. Əldə olunmuş qarışımı üzərinə folqa kağızı sərilmiş  qaba tökərək 350 dərəcə temperaturda təxminən 30 dəqiqə bişirin.

Soyuması üçün soyuducuya yerləşdirin. Əgər keksinizin daha gözəl görünməsini istəyirsinizsə, o zaman üzərinə qaymaq əlavə edə bilərsiniz.

Nuş olsun!

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here