Home HƏKİM BABA Təmiz üzə necə sahib ola bilərik?

Təmiz üzə necə sahib ola bilərik?

159
0
SHARE

Bu 5 məsləhətə əməl et və 4 həftəyə təmiz üzə sahib ol.

Sağlam və təmiz üz dərisi səliqəli görünmək istəyən hər kişinin istəyidir. Lakin, “yaxşı üz dərisi” oyununda qalib gəlmək çətindir. Onilliklərlə davam edən sızanaqlarla mübarizə bitməmiş, yetkinlik yaşının ilk illərinən qırışlarla mübarizə başlayır.

Bunun üçün genlərinizə küfr etmədən əvvəl, zəhmət olmasa dəriyə qulluq etməyi gündəlik həyatınızda vərdişə çevirin. Bu o demək deyil ki, vaxtınızı saatlarla güzgü qarşısında keçirin. Bunun üçün uzun prosedurlara və ya bahalı qulluq dəri vasitələrinə də ehtiyac yoxdur.

Kişi Magazine sizə New York şəhərinin baş dermotoloqu Howard Sobelin sadə məsləhətlərini təqdim edir:

  1. Üzünüzü soyuq suyla yumaq sizi təkcə yuxudan ayıltmır. Soyuq su həm də üzdəki ölü hüceyrələrin təmizlənməsinə kömək edir. Ölü hüceyrə “bataqlığ”ından xilas olan üzünüz isə artıq yorğun və darıxdırıcı görünmür.
  2. Nəmləndirici losyon ikinci addımdır. Üzü təmiz yuduqdan sonra, üz hələ nəm halda ikən nəmləndirici lasyondan istifadə edin. Üz dərisi üçün olan losyonların çoxu neft əsaslıdır, normal və quru dəri üçün nəzərdə tutulub. Üzünüzdə yağlılıq varsa, su əsaslı losyonlardan istifadə edin.
  3. Nəmləndirici losyonlarla iş bitmir. Dəri daxildən də nəmlənməlidir. Bunun üçün gün ərzində 6-8 stəkan H2O qəbul edin. Həmçinin qidalanmanızda spirtli içkilərin və kofeinin miqdarına da diqqət edin. Bu ikisi üz dərisində quruluq yaradır. Bunları yeməklə birlikdə istifadə etməklə susuzluq effektini aradan qaldıra bilərsiniz.
  4. Üz dərisinə qulluq üçün olan vasitələrinizin sırasına retinol kremi də əlavə edin. Retinol üzdəki cizgiləri yox edərək, qırışların qarşısını alır. Bundan başqa, retinol hüceyrə istehsalı qırışmış dərini də yaxşılaşdırır.
  5. Gündəlik qidalarınızda şəkərdən “qaçın”.  Yüksək şəkər tutumlu qidalar dəridə soyuqdəymə və iltihablanmaya səbəb olur. Peçenyelər, piroqlar, fətirlər, alkoqolsuz şirəli içkilər aşkar cinayətkarlardır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here