Home KİŞİ NEWS “Təmiz Ölkəm” layihəsi çərçivəsində ağacəkmə aksiyası baş tutub

“Təmiz Ölkəm” layihəsi çərçivəsində ağacəkmə aksiyası baş tutub

51
0
SHARE

“Təmiz Ölkəm” layihəsi çərçivəsində 5 noyabr tarixində Sabunçu rayonu 74 nömrəli məktəbin ərazisində ağacəkmə aksiyası baş tutub.

“Təmiz Ölkəm” layihəsinin ADA Universiteti üzrə nümayəndəsi, layihənin meneceri Xədicə Hüseynova bildirib ki, layihə təkcə plastik tullantıların təkrar emalını deyil, ümumilikdə ölkənin ekoloji mühitinin yaxşılaşdırılması üçün işlər həyata keçirir:

“Bu gün burada hər bir kəs həvəslə iştirak edir. Artıq cəmiyyətdə təbiəti qormağın önəmi barədə məlumatlılıq var. “Təmiz Ölkəm” layihəsi ölkənin ekoloji inkişafında yaxından iştirak etmək missiyasını öz üzərinə götürüb və bu istiqamətdə bir sıra işlər həyata keçirilib. Ağacəkmə aksiyası da onlardan növbətisidir və biz səylə çalışmağa davam edəcəyik”.

Aksiyada iştirak edən 74 saylı məktəbin direktoru Əfqan Həsənov bildirib ki, məktəb şagirdlərə kiçik yaşdan təbiəti tanıtmalı, dəyərini izah etməli və sevdirməlidir:

“Bugünkü aksiya da uşaqlarımıza əyani bilik qazandırdı. Əminəm ki, onlar əlləri ilə əkdikləri ağacları gələcəkdə qırmaqdan çəkinəcək, təbiətə qayğı ilə yanaşacaqlar. Bu, bir nümunədir, mən digər məktəbləri də təbiəti qorumağa və töhfə verməyə yönəlmiş işlərdə aktiv iştiraka səsləyirəm. Sağlam təbiət bizim gələcəyimizin təminatıdır, ümid edirəm hər bir vətəndaş bu məsələdə həssaslıq göstərəcək”.

Aksiyaya ümumilkdə 100-dən çox iştirakçı qatılıb və 250-yə qədər ağac əkilib.

“Təmiz ölkəm” layihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı barədə ictimaiyyәt arasında maariflәndirmә işlərinin aparılmasını, plastik butulkaların toplanaraq tәkrar emala göndәrilmәsini təbliğ etmək, ölkənin ekoloji sağlam mühitinin formalaşmasına töhfə vermək, yaşıllıq zolaqlarının artırılmasını təmin etməkdir.

Bundan əvvəl, layihə çərçivəsində Bakının əsas ərazilərində plastik butulkaların toplanması üçün xüsusi konteynerlər yerləşdirilib, çimərliklərin tullantılardan təmizlənməsi aksiyası həyata keçirilib.

Qeyd edək ki, “Təmiz Ölkəm” layihəsinə 15 mart 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Coca-Cola Fondunun, AzEkol şirkətinin tərəfdaşlığı ilə start verilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here