Home Manset Tbilisiyə səyahətin dadlı tərəfi

Tbilisiyə səyahətin dadlı tərəfi

1427
0
SHARE

Ötən gün  dostlarımla Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdə olduq. Bir neçə gün Tbilisini dolaşıb gəzməli, görməli yerləri ilə tanış oldum. Amma nə yalan deyim, gəldiyim anda ilk düşündüyüm şey şəhəri gəzmək yox, dadlı yemək yeyə biləcəyim və ən əsası büdcəmə uyğun kafeləri necə tapacağım oldu.

Tbilisidə çox sayda baha olmayan, rahat şəraitli, maraqlı dizaynlı və dadlı yeməklərin təqdim edildiyi restoranlar, kafe və tavernlər var.  Hər məkanda təkrarolunmaz atmosfer, müxtəlif üslubların qarışığı göz oxşayır.

Gürcüstana səfər edən yoldaşlarımdan eşitmişdim ki, burada hansısa kafedə etdiyin sifariş sənə Bakıda olan qiymətlərdən iki dəfə ucuz başa gələ bilər. “Yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır” məsəlini əsas tutaraq, ilk baxışdan restoranın pis və ya yaxşı olduğunu seçə bilməyəcəyimi başa düşüb, dostlarıma elə ilk rastımıza çıxan restoranda əyləşməyi təklif etdim.

Rustavelli prospektində yerləşən “Shkhara” restoranında bizi gülərüz işçilər qarşıladı. Qərarlaşdıq ki, restoranın aşağı mərtəbəsində əyləşək. Ofsiant xanım bir az gec olsa da, bizə yaxınlaşıb menyunu təqdim etdi. Menyudan nəsə seçmək qədər əziyyətli bir iş yoxdur mənim üçün. Ona görə də özümü çox da əziyyətə salmayıb elə çoxdandır yemək istədiyim xaçapuri sifariş edirəm. Sifarişimdən artıq dəqiqələr keçmişdi, mənim isə gözüm əlində xaçapuri ilə pilləkənlərdən aşağı düşəcək ofsiantın yollarına dikilmişdi. Yoldaşlarımdan bunun səbəbini maraqlananda onlar dedi ki, burada kafelərdə yeməklər sifariş zamanı bişirildiyi üçün gecikmə hallarının olması normaldır.

Yaranan fasilədən istifadə edib menyudakı yeməklər və qiymətlərlə maraqlanıram. Həqiqətən də qiymətlər düşündüyümdən də ucuz idi. Xaçapurinin gec gələcəyini nəzərə alıb  qiyməti 6 lari olan Olivye salatını sifarış verdim. Salat görüntü olaraq paytaxt salatını xatırlatsa da, dadı fərqli idi.

Dostlarımdan ikisi acaruli-xaçapurisi sifariş etdi. Digəri isə farel balıq istədi. Gürcü mətbəxindən dadarkən, Gürcüstan məhsulu olan 4 ədəd Natakhtari limanadı da sifariş etdik. Salatdan dadıb, xaçapurini də yedikdən sonra ödədiyimiz hesab daha çox yağ kimi yayıldı içimizə – cəmi 44 lari.

shkhara01 shkhara02 shkhara03 shkhara04 shkhara05 shkhara06 shkhara07 shkhara08 shkhara09

Gürcüstana gəlib, gürcü xəngəli dadmayan insan yəqin ki, tapılmaz. Bəli, hətta yayın bu isti günündə belə. Sizə növbəti tərifini edəcəyim restoran xəngəli ilə məşhur olan “Marjanişvili” metrostansiyasının yaxınlığında yerləşən “GRM” restoranıdır. Aldığım məlumata görə, görünüşü ilə kafedən daha çox həyət evini xatırladan bu restoran burada yaşayanların ən çox üz tutduğu məkanlardan biridir. Adı çəkilən restoranda da xüsusi diqqət etdiyim bir məqam oldu: buradakı ofsiant da masaya gec yaxınlaşdı. Amma bu dəfə menyuya baxmağa ehtiyac yox idi. Çünki bizim gəliş qayəmiz bəlli idi : gürcü xəngəli!

4 nəfərə 40 xəngəlsifariş etdik və təbii ki, yenə də 4 gürcü limanadı. Xüsusi səliqə ilə qablar masaya düzüldükdən sonra xəngəli də eyni səliqə ilə gətirdilər. Yeməyimizi yedikdən sonra gələn hesabdan da məmnun qaldıq – 45 lari.

grm01 grm02 grm03
grm04

grm05

Mən belə hesab edirəm ki, Tbilisiyə gələrkən yazdıqlarımdan yararlana biləcəksiniz. Əgər mənim kimi yeməyi çox sevənsinizsə, kafe və restoran seçiminə çox vaxt ayırmayıb qeyd etdiyim restoranlara baş çəkib digər vaxtlarınızda isə gəzə biləcəksiniz. Xoş istirahətlər.

 

Əgər siz də, getdiyiniz maraqlı məkanlar haqqında təəssuratlarınızı bölüşmək istəyirsinizsə, yazılarınızı info@kishi.az ünvanına göndərə bilərsiniz.

Hazırladı:
Əsli Axundova

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here