“Super Kubokda komandaların şansları bərabərdir”

“Super Kubokda komandaların şansları bərabərdir”

36
0
SHARE

Avqustun səkkizində UEFA Super Kuboku uğrunda keçiriləcək mübarizədə İspaniyanın “Real – Madrid” və İngiltərənin “Mançester Yunayted” klubları qarşılaşacaq.

Kişi Magazine görüşlə bağlı idman şərhçisi Sənan Şəfizadənin fikirlərini öyrənib. O bildirib ki, bu matçda komandaların şansları bərabərdir:

“Super kubok matçı yeni mövsümün startı deməkdir. Bizi çox maraqlı oyun gözləyir. İki güclü məşqçi olan Zinəddin Zidan və Joze Mourinyo qarşı – qarşıya gəlir. Fikrimcə, Super Kubok komandalar üçün əhəmiyyətli bir matçdır. Xüsusilə, yeni mövsümə yüksək motivasiya və titulla başlamaq baxımından bu nailiyyət vacibdir. Bəzi mütəxəssislər belə hesab edir ki, super kubok matçı elə də əhəmiyyətli deyil. Lakin qələbənin lazımsızı olmur və heç kəs artıq qalibiyyətdən imtina etməz. Heyət baxımından elə də ciddi fərqlər yoxdur. Məncə, bu kubok daha çox “Mançester Yunayted”ə lazımdır. Joze Mourinyonun əsas hədəfi qalib gəlmək olacaq. Bunun üçün də əlindən gələni edəcək”.

Qeyd edək ki, komandalar indiyə qədər 10 dəfə qarşılaşıblar. Dörd dəfə Madrid, iki dəfə Mançester təmsilçisi qələbə qazanıb. Dörd matçda isə, bərabərlik qeydə alınıb.