Sonsuzluğu aradan qaldıran tərəvəzlər

Sonsuzluğu aradan qaldıran tərəvəzlər

28
0
SHARE

Yanlış bəslənmə və gərgin iş rejimi stressə səbəb olaraq, kişilərdə sonsuzluğa yol aça bilər. Mütəxəssis məsləhəti olmadan pəhriz saxladıqda sperma keyfiyyətində və sayında azalma müşahidə olunur. Sonsuzluğun digər səbəbi isə siqaret və spirtli içki qəbuludur. Bu vərdişlər cinsi məhsuldarlığınızı aşağı salır. Lakin bu, pis vərdişlərdən imtina edərək, sağlam həyat tərzi və qidalandırıcı pəhrizlə bu problemi aradan qaldıra bilərsiniz. Bunun üçün A, C, E vitamini, folik turşusu, sink kimi minerallar olan qidalara üstünlük verməyiniz tövsiyə olunur.

Yerkökü

Yerkökü sadəcə xarici görünüşünüz üçün faydalı deyil, o həmçinin sperma keyfiyyətini artıraraq sonsuzluğu aradan qaldırır. Harvard Universiteti İctimai Səhiyyə Məktəbinin tədqiqatçıları sübut ediblər ki, yerkökü spermanın yumurtaya doğru üzmə qabiliyyətinə ən çox təsir göstərən tərəvəzdir.

Tam taxıllı bitkilər

Ağ çörək və düyünü bu bitkilərlə əvəz edərək qan şəkərinin və bədəninizdəki insulin səviyyəsinin nizamlanmasına nail olacaqsınız. Əgər insulin səviyyəsi normal olsa, bu zaman bədəninizdə hormon səviyyəsi balansda qalacaq və bu da sonsuzluq problemini aradan qaldırmağınıza yardımçı olacaq.

Avokado və Badam

Uzun müddət sizə kömək etmək üçün yeməklərinizə avokado və badam əlavə edin. Bu qidalarda olan yağlar doymuş yağlardan fərqli olaraq, sağlamlığınız üçün daha faydalıdır. Bədəninizdə insulinin düzgün işləməsinə kömək edir, böyrək hormonlarını balanslaşdırır və şansınızı artırır. Avokado iki həftə ərzində sperma sayını və keyfiyyətini artırmağa qadirdir. Bunun görə də, həftədə 3 dəfə avokado  yemək lazımdır.

Lobya və İspanaq

Lobya və ispanaq təbii folik turşusu ilə zəngindir və məhsuldarlığı artırmaq üçün vacibdir. Kişi sperma sayını və sıxlığını artırmaq üçün folik turşusuna ehtiyac duyur. Bu turşu B vitaminin əsas növlərindən biri olub hüceyrə inkişafına və bərpasına yardım edir.

Çiyələk

C vitamini ilə zəngin olan çiyələk kişilərdəki məhsuldarlığın artırılmasında mühüm əhəmiyyət kəsb edir. Araşdırmalar göstərir ki, məhsuldarlığı artırmaq üçün gündə ən azı 90mq çiyələk yemək lazımdır.

Mənbə: Boldsky.com