Home HƏKİM BABA Sonsuz olmaq istəyirsinizsə, siqaret çəkin!

Sonsuz olmaq istəyirsinizsə, siqaret çəkin!

1044
0
SHARE

Siqaretin insan orqanizmi üçün zərərli olması mövzusunda nə qədər maarifləndirici işləri aparılsa da, hər il bu zərərli vərdişə aludəçilik ucbatından milyonlarla insan ölür, bir o qədər insan isə müxtəlif müalicə olunmaz xəstəliklərə yoluxur. Buna görə də Dünya Səhiyyə Təşkilatlatı siqareti “21-ci əsrin taunu” adlandırırlar.

Çox vaxt siqaret çəkən insanlar onun nə qədər zərərli olduğunu bilsələr də, bu zərərli vərdişdən uzaqlaşmaqda çətinlik çəkir, buna görə bu mövzuda çəkilən sosial çarxları izləməkdən qorxurlar. Əgər siz də siqaret çəkənlərdənsinizsə, gələcəkdə qorxulu xəstəliyinizin yaranmaması üçün bu məqaləni qorxmadan oxumağınızı tövsiyə edirik.

Ən əvvəl onu qeyd edək ki, siqaret tüstüsünün tərkibində onlarla toksiki və zəhərli maddələr var ki, bunlar da hər siqaret çəkəndə orqanizminizə daxil olur. Siqaretin tərkibində olan ən zərərli maddələrdən biri nikatindir. O, damarlara, sinir sisteminə, beyində həyati vacib idarə mərkəzlərinə təsir edən güclü toksindir. Xəbəriniz olsun ki, siqaretin tərkibində olan zərərli maddələr əksər orqanlarınıza mənfi təsir etdiyi ki, cinsi üzvlərinizi də get-gedə sıradan çıxarır.  Bunun nəticəsində isə kişilərdə cinsi zəiflik, ereksiya pozulmaları, cinsi aktın pozulması, sonsuzluq, xayaların və penisin kiçilməsi, qadınlarda is cinsi funkiyanın zəifləməsi, aybaşı siklinin pozulması və yumurtalıqlarda müxtəlif xəstəliklərin yaranması müşahidə edilir.

Tüstünün tərkibində  insan orqanizmində müalicə olunmaz yaralar açan CO-dəm qazı, qətran, natamam yanma məhsulları, müxtəlif kanserogenlər var. Son illərdə isəə onun tərkibində həmçinin radioaktiv maddələrin olduğu da aşkarlanmışdır.

Bütün bunlar isə cinsi üzvlərə müxtəlif təsir göstərir:
1. Toxumalarda qan təchizatı pozulduğuna görə onların qidalanmasının qaşısı alınır. Bunun nəticəsində isə toxumaların hipotrofiyası, sonradan isə atrofiyası müşahidə edilir;
2. Toksiki təsir nəticəsində toxumaların dağılması, hüceyrələrin məhv olması, öz funksiyalarını yerinə yetirə bilməməsi;
3. Spermatazoidlərin əmələ gəlməsinin pozulması və qeyri-normal spermatazoidlərin əmələ gəlməsi;
4. Nikatinin sinir sisteminə təsiri nəticəsində qonadatrop hormanların sintezinin pozulması;
5. Kanserogen təsir. Prostat vəzi və digər vəzilərdə onkoloji törəmələrin, xərçəng xəstəliyinin əmələ gəlməsi;

Ən azından sağlam övladınızın dünyaya gəlməsini istəyirsinizsə, bu vərdişdən uzaqlaşın. Bilərəkdən hələ doğulmamış bir körpənin gələcəyini məhv etmək ən böyük CİNAYƏTDİR.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here