Home HƏKİM MƏSLƏHƏTİ Sizi stressə salan gündəlik 7 vərdiş

Sizi stressə salan gündəlik 7 vərdiş

237
0
SHARE

Özünüzü davamlı bədbəxt yorğun və aqressiv hiss edirsiniz? Bunun səbəbi hər gün etdiyiniz  7 vərdiş ola bilər. Daha xoşbəxt və dinc bir gün, həftə, ay, hətta il keçirmək üçün dəyişdirməyiniz lazım olan bu vərdişlərinizi Kişi Magazine sizə təqdim edir:

1. Ev işlərini “sabaha” təxirə salmaq
Evə gəldiyiniz zaman qarşınıza çıxan dağınıq ev, çirkli qab-qacaq dolu bir mətbəx sizi həm kefsiz edir, həm də necə təmizləyəcəyinizi düşünmək sizi daha çox stressə salır.

2. Diqqətinizin telefonunuzda olması
Ümumi olaraq hamımız gündəlik həyatımızı telefonsuz özümüzü təsəvvür edə bilmirik. İnanın telefonunuzu 1 saat istifadə etmədiyiniz zaman dünyanın sonu gəlmir. Tam əksinə ictimai mediada aktiv şəkildə paylaşılan məqalə və fotolara baxmasanız, özünüzə diqqət ayırmağa və düşünməyə vaxtınız qalar.

3. Nizamsız yuxu saatları
Gecə saat 12-ni keçdikdən sonra nə vaxt yatsanız da, bilirsiniz ki səhər çətin oyanacaqsınız. Bu da səhərlər kefsiz və stressli olmağınıza səbəb olacaq. Nə qədər te və nizamlı şəkildə yatsanız, o dərəcə xoşbəxt və dinc  günə başlayarsınız.

4. İdmansız həyat
Əgər idmana öz tənbəlliyinizə görə getmirsinizsə, heç kədərlənməyin. Çünki bu sizin qərarınızdır! Amma bilin ki idmansız həyat sizi daha çox kefsiz edir. İşinizə görə idman edə bilmirsinizsə,  həftə sonları ən az 1 saatınızı idmana ayırın. Çünki məşq etmək xoşbəxtlik hormonu ifraz etdiyi üçün stressinizi azaltmağa kömək olur.

5. Səhv nəfəs almaq
Gün ərzində sürətli nəfəs almaq yaşadığınız stressin ilk işarəsidir. Bunun əvəzinə yavaş amma dərin-dərin nəfəs alın. Stressli olduğunuz vəziyyətlərdə nəfəs məşqlərini ən az 10 dəfə etdikdə sakitləşməyə başlayacaqsınız.

6. Özünüzü sevin
Qayğı və stressdən qorunmağın yolu özünüzü sevməkdir. Aynanın qarşısına keçib, nə qədər gözəl göründüyünüzü düşünün. Əgər özünüzü gözəl hiss etmirsinizsə, gözəl hiss etdirəcək nələrsə edin.

7.Hər şeyə “Bəli” deyirsiniz?
Hər kəsə “bəli” demək sizi nə qədər yorduğunun fərqindəsiniz? Qarşınızdakı insanı qırmamaq sizi stressə salır. Bunun yerinə insanların düşüncələrini bir kənara buraxıb arada “xeyr” deməyi öyrənin.

Mənbə:Posta

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here