Home GƏL, TANIŞ OLAQ Sevgiliniz sizə xəyanət edir? – İpucları

Sevgiliniz sizə xəyanət edir? – İpucları

403
0
SHARE

Sevgilinizin davranışları son vaxtlar sizi şübhələndirir? Kişi Magazine Ailem.az-a istinadən  sevgilinizin xəyanətini anlamaq üçün ipuclarını təqdim edir.

Əgər belə davranırsa, diqqətli olun!

  • Sevgiliniz günahkarlıq hissini basdırmaq üçün sizin istəklərinizə həmişəkindən daha həssas yanaşır, sizə tez-tez hədiyyə alır.
  • Gündəlik həyatında vərdişlərini dəyişdirir, ya da yeni hobbilər mənimsəyir.
  • Yaşadığı qarışıq hisslərdən dolayı adi səbəblərdən mübahisələr çıxarır.
  • Ona daha şəfqətli yanaşmanız üçün sizin yanınızda daha depressiv davranır.
  • Sizinlə fərqli bəhanələrlə daha az danışmağa və daha az vaxt keçirməyə çalışır.
  • Yuxusunda tez-tez kabus görür. Bəzən isə gecələr heç yata bilmir.
  • Musiqi, film sahələrində zövqü dəyişir.
  • Sizi, ya da münasibətinizi başqaları ilə müqayisə edə bilər.
  • Heç bir tənqidə səbrlə yanaşmaz. Özünü müdafiə edər.
  • Necə göründüyünüzlə çox az maraqlanar.
  • Sizin ona hazırladığınız sürprizlərə qarşı əvvəlki kimi həyəcanlı yanaşmaz.
  • Özünü başqaları ilə müqayisə etməsi sizə olan marağını itirməsindən irəli gəlir.
  • Telefonunda zəng və mesaj qutusunu həmişə boş saxlayar.
  • Birdən-birə dostları ilə daha çox vaxt keçirməyə başlayar.
  • Yataq otağında da aranızda məsafələr qoymaq üçün bəhanələr uydurar.
  • Zarafatları sizi güldürmək yerinə qəlbinizi qırar, əvvəlki xoş rəftarı qalmaz.
  • Öz şəxsi sərbəstliyini qorumaq üçün sizdən uzaqlaşar.
  • Yuxusunda başqa adlar sayıqlayar.
  • Yaxın ətrafınızdakı insanlar artıq sizin münasibətinizdə nələrinsə dəyişdiyinin fərqinə varıb.
  • Onunla bağlı soruşduğunuz suallara səbrli davrana bilmir.
  • Səhər oyandığında kiminlə birgə olduğunu dəqiqləşdirmək üçün ətrafına yaxşı baxar.
  • Evdəykən qapıları bağlı saxlamağı xoşlayar. Xüsusən kompüterlə işləyərkən narahat edilmək istəməz.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here