Home GƏL, TANIŞ OLAQ Sevgi münasibətlərində edilən 6 SƏHV

Sevgi münasibətlərində edilən 6 SƏHV

329
0
SHARE

Ehtiyatlı olun! Sizin qeyri-adi romantik münasibətiniz başlamamış bitə bilər. Necə? Sadəcə mənasız, kiçik səhvlərə görə. Qadınlar bu səhvləri sevgi və qayğıkeşliyin əlaməti kimi dərk edir. Halbuki kişilər bundan oddan qorxan kimi qaçırlar.

Səhv 1: Kişilərlə rəqabətə girmək

İstənilən kişi düşünür ki, ən yaxşı qızla görüşməyə layiqdi. Ən ağıllı, ən gözəl, cavan, evdar, cazibədar… Bu siyahını sonsuza qədər uzatmaq olar. Əslində həqiqət də elə budur. Amma bir şərtlə ki, o xanım öz gözəlliyinə, ağlına, biliyinə görə kişi ilə rəqabətdə olmasın. Qız öz ünvanına tərif gözlədiyi qədər oğlan da bunu gözləyir. Münasibətlərinin ilk günlərində təriflərin bir ünvana getməsi digər tərəfi qane etsə də, zamanla bezdirəcək. Ona görə də hər görüşdə ancaq öz uğurlarından, ağıllı davranışlarından danışmaq doğru deyil. Düzdür, bunu o, pis niyyətlə etmir, o, öz uğurlarını sevdiyi insanla paylaşmaq istəyir. Amma artıq digər tərəf bundan xəbərdardır. Və həmin məqamlarda kişinin0 öz uğursuz davranışları mövcud ola bilər. Əgər onunla şahmat, domino, bouling və s. oyunlar oynayırsızsa, hər zaman udmağınız doğru deyil.

Əksinə, siz görüş zamanı onunla necə fəxr etdiyinizi, onun varlığının sizin həyatınızda önəmini və s. göstərməlisiz. Amma ifrata varmamaq şərtilə. Yəni tərifiniz real şərtlərə uyğun gəlməlidir. Sadəcə, bir fikrə əmin olun ki, ailəniz olandan sonra öz bacarıqlarınızı daha rahat şəkildə istifadə edə biləcəksiz.

Səhv 2: Əmin olmaq ki, hər şey əladır

Ola bilər ki, siz artıq hansı üzüyü almaq, toyu harda keçirmək haqda planlar qurursuz. O, sizə eşqini etiraf edib və sizdə əminlik hissi yaranıb. Vacibdir ki, bütün bu xəyallarınızı ürəyinizdə yaşayıb, açıq şəkildə qarşı tərəfə deməyəsiniz. Çünki siz əmin olsanız da, ola bilər, qarşı tərəf öz hisslərinə əmin deyil və cavabdehlikdən qorxur. Əsasən kişilər hər zaman müstəqilliyə daha meyilli olurlar və kiminsə onların şəxsi ərazisinə daxil olmalarına nifrət edirlər. Ümumiyyətlə, kişilər özləri qərar verməyi xoşlayırlar. Hətta fikir qadın tərəfdən verilsə belə. Əsas da öz ailə və qohum problemlərinizi evlənənə qədər ondan gizlin tutmağa çalışın.

Səhv 3: Onu keçmiş sevgililərinizlə müqayisə etmək

Kişilər keçmiş sevgili və ya həyat yoldaşı ilə müqayisə edilməyi sevmirlər. Əsasən ağrıdıcı o olur ki, siz onu əvvəlki sevgilinizdən daha çox səriştəsiz və bacarıqsız hesab edirsiz. Çalışın hətta görüşdüyünüz insanın çatışmayan cəhətlərini bu şəkildə bildirməyəsiz.

Səhv 4: Tez-tez ”Sən məni sevirsən?” deyə sual vermək

Kişilər sevərkən bunu bütün emosional və idraki tərəflərinə əsasən dərk edir və ona görə də sevgini etiraf etmək onlar üçün çox çətindir. Sevdikləri xanım onlar üçün vacib olan parametrlərə görə 100-də 100 olmalıdır. Əsas parametrlər uyğundursa, digər tərəflər onlar üçün vacib deyil. Ona görə də, sevgi etiraflarını onlar bütün iradə və səylərini toplayaraq bir dəfə etiraf edirlər. Bu zaman böyük həyəcan və stress yaşayırlar. Əks tərəfin tez-tez bunu tələb etməsi həyəcan və stressi tez-tez yaşadır. Eyni zamanda kişiləri əsəbiləşdirir. Qadınlar isə qulaqları ilə sevdikləri üçün tez-tez kompliment eşitməyə ehtiyac duyurlar. Ona görə də sevdiyiniz şəxsin sizə olan davranışlarına diqqət yetirib qiymətləndirin. Əsas davranışdı.

Səhv 5: Səhnəyə çıxmaq və nümayişkarlıq

Kişilərin xoşlamadığı bir xüsusiyyət də qızın rəfiqələrinin nümayiş obyektinə çevrilməsidir. Yəni qız öz nişanlısını rəfiqələrinə göstərərək lovğalıq əks elətdirir. Kişilər bu zaman özlərini muzey eksponatı kimi hiss edirlər. Yaxşı olar ki, sevgi həyatınız özünüzə aid olsun.

Səhv 6: Nəzarət və komanda vermək hissi

“Bu gün biz ora gedəcəyik. Sabah isə filan yerə… yoxsa səndən inciyərəm”. Sizə elə gəlir ki, bu sözlərlə onu özünüzə bağlaya, həyatının bir hissəsi ola bilərsiz. Amma ola bilər ki, sizin bu davranışınız kişini qıcıqlandırsın. Kişini hər hərəkətinə görə tənqid etmək “belə yeri”, “o tərəfə baxma”, ”filan saatda, filan yerə gəl”, “maşını belə sür”, “yanıma gələndə belə geyinmə” kimi kəlimələrlə onu əsla yanınızda saxlaya bilməzsiniz.

Sonda deyə bilərik ki, yaşadığınız sevgi münasibətləri zamanı öz zəif və güclü tərəflərinizi qəbul edib uyğunlaşmağınız vacibdir. Bir-birinizi məcburən dəyişməyə çalışmayın. Zamanla xasiyyətləriniz uyğunlaşacaq. Səbirsizlik göstərib münasibətlərinizin çatışmayan tərəflərini düzəltməyə çalışmayın.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here