SHARE

Bir çox insan əlindəki sərmayəni necə dəyərləndirəcəyi barədə bəzən qərarsız qalır. Sərmayəni dəyərləndirməyin bir çox yolu var, ancaq bu dəfə biz maliyyə bazarı haqqında yazmışıq. Maliyyə bazarlarında sərmayənizi dəyərləndirə bilərsiniz. Təbii ki, investisiya edərkən bir neçə məqama diqqət yetirməlisiniz. Məsələn, investisiya edəcəyiniz məbləğ əlinizdə olan məbləğin hamısı olmamalıdır. İnvestisiyada ən əhəmiyyətli olan şey isə təcrübədir. Təcrübələrinizdən yararlanaraq xəyalını qurduğunuz həyatı yaşaya bilərsiniz. Bunun üçün də investisiya vasitəsi və doğru strategiya təyin etməlisiniz. Biz sizin üçün ən məşhur investisiya alternativlərini belə sıralaya bilərik:

“Təhlükəsiz liman” adlandırılan qızıl ən məşhur investisiya vasitələri arasında iştirak edir. Məşhur investisiya vasitəsi qızıla siz də investisiya edə bilərsiniz. Qızıla investisiya etdikdən sonra bu əmtəədə meydana gələcək qiymət hərəkətlərini yaxından təqib etməli və investisiyalarınızı bu istiqamətdə formalaşdırmalısınız.

Səhm sərmayə şirkətlərinin səhmdarlara ortaqlıqlarını və paylarını təyin etmək məqsədilə verdiyi qiymətli kağızlardır. Səhmlərə edilən investisiyalarda ən vacib məqam isə investisiya ediləcək şirkətin düzgün təyin edilməsidir. Məsələn, illərdir, fəaliyyətini davam etdirən bir şirkətin səhmlərinə investisiya edə bilərsiniz. Əgər uzun müddətli investisiya düşünürsünüzsə, spekulyativ xüsusiyyəti olan səhmlər əvəzinə riski daha az olan səhmləri seçməlisiniz.

Yuxarıda investisiya edəcəyiniz alternativləri sıraladıq. Dünyanın ən böyük maliyyə bazarı Forexdə də qızıl, səhm, valyuta və daha çox investisiya alətində tək bir platforma vasitəsilə alış-satış əməliyyatı edərək pul qazana bilərsiniz. İstədiyiniz məkanda həftənin 5 günü 24 saat ərzində internetdən investisiya edərək bazarın imtiyazlarından faydalana bilərsiniz. Bunlardan faydalanmaq üçün bazarın işləmə mexanizmini düzgün qavramalısınız. Yaxşı bir təhsillə Forexi öyrənə bilərsiniz. Bazarın mexanizmini öyrəndiyinizə inandıqdan sonra demo hesab açaraq özünüzü test edə bilərsiniz. Demo hesab praktika edərək təcrübə qazanmağınıza köməkçi olur. Müəyyən bir təcrübədən sonra real hesab açaraq internetdən investisiya etməyin avantajlarından siz də yararlana bilərsiniz.

Mənbə: Bizplus.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here