SHARE

Xanımlar, düşündüyünüzün əksinə olaraq, biz kişilər seks zamanı bir çox şeylərə diqqət edirik və sizdən istədiyimizi yerini yetirməyi, bəzi addımlar atmağınızı gözləyirik. Hər şeyi kişinin öhdəsinə buraxsanız, istəksiz görünə bilərsiniz. Bu da bizim motivasiyamıza pis təsir edir. Kişi Magazine Aile.lent.az-a istinadən bununla bağlı bəzi məlumatlar verir.

Bədən dili

Bədənin az hərəkət etməsi kişilərə kifayət qədər həyəcanlı olmadığınızı göstərir. Sağlam bir seks iki insan arasında qarşılıqlı münasibət əsasında olur. Kişiyə zövq aldığınızı göstərin.

Baxışlarınızın istiqaməti

Seks zamanı tərəf müqabilinizin bədənində aşağıya doğru baxırsınızsa, bu, onunla bağlı bəzi şübhələrinizin olduğunu göstərə bilər. Öz bədəninizə baxırsınızsa, özünüzdən əmin olmadığınızı göstərir. Gözləriniz otağı gəzirsə, bu da seksə marağınız olmadığını bildirir. Buna görə də hara baxmağınıza diqqət edin.

Nəfəs alıb-vermək

Güclü nəfəs alıb-vermək cinsi arzunuzun zirvəsində olduğunuzu bəlli edir. Lakin bunu tərəf müqabilinizə çox bəlli etməyin. Boşalın və qoyun tərəf müqabilinizin dərisi sizin isti nəfəsinizlə yansın. Ağzınızı qulağına yaxınlaşdırın və ab-havanı alovlandırın.

Seksual alt paltarları

Seksual alt paltarlarınızla münasibətlərinizi bir az daha həyəcanlandıra bilərsiniz. Bu, tərəf müqabilinizə onu istədiyinizi bildirməyin bir yoludur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here