SHARE

“Əlavə bir şey etmək üçün vaxtınız yoxdursa, o vaxtı özünüz yaratmalısınız” ideyasını irəli sürən insanlar gündə 8 saat yatmağın lazım olmadığını bildirirlər. Bəs erkən qalxaraq həyatınıza nələri əlavə edə bilərsiniz? “Kişi Magazine” bu siyahını sizə təqdim edir.

Sadəcə erkən oyanaraq nələr  qazana biləcəyinizi görün!

Səhər saat 5-də zəngli saatı qursanız belə, ilk başda oyana bilməyəcəksiniz. Ancaq daha sonra alışacaqsınız. Eynilə Ariana Huffington, Richard Branson və Mark Zuckerberqin alışdığı  kimi. Erkən oyanmaqla əldə etdiyiniz ilk şey iş və məktəbə getməzdən əvvəl qazandığınız zaman olacaq. Günün ən sakit və dəyərli anlarını oyaq keçirdikdə nəzarəti əlinizə aldığınızı hiss edəcəksiniz.

Prioritetlərinizi özünüz seçəcəksiniz

Nə e-poçt, nə zəng, nə də başqa xəbərdarlıq. İndi nə etmək istəyirsinizsə, bu müddətdə edə bilərsiniz. Kitab oxuyun, musiqi dinləyin, xəbərləri oxuyun, idmanla məşğul olun və s. “Səhəri necə açsanız, günə də elə davam edəcəksiniz” deyirlər. Məhz erkən oyanıb sevdiyiniz işləri görməklə gününüzün xoş keçməsinə nail ola bilərsiniz.

Özünüz üçün hər şeyi nizama sala bilərsiniz

Artıq ən çətin işi etdiniz, isti yataqdan güclü iradə nümayiş etdirərək uzaqlaşdınız. Erkən qalxmaq bəziləri üçün hətta işgəncədir. Lakin bunu bacarmaqla başqalarından fərqli olaraq, istədiyinizi həyata keçirmək üçün əlavə vaxt qazandınız. Günə yuxulu deyil, tamamilə gümrah şəkildə başlayıb görməli olacağınız işləri rahatlıqla idarə edə bilərsiniz. Beləcə, özünüzü erkən qalxmağa məcbur etməklə əldə etdiyiniz məsuliyyət hissini həyatınızın müxtəlif məqamlarında da tətbiq edə bilərsiniz.

Mənbə: Pazarlamasyon.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here