Home KİŞİ NEWS “Sahibsiz küçə heyvanlarının mühafizəsi”

“Sahibsiz küçə heyvanlarının mühafizəsi”

289
0
SHARE

Dekabr ayının birində Balaxanı Qəsəbəsi-Təmiz şəhər ərazisində sahibsiz itlərin toplanıldığı məntəqənin qarşısında xeyriyyə  marofonu keçirilib.

Morofon “Aliance-Canlı Aləmin Mühafizəsi Təşkilatı”nın təşəbbüsü ilə baş tutub. Aksiyada “Aliance”ın nümayəndələri  və könüllülər iştirak edib. Həmçinin könüllülərə  xəstə və zəif heyvanlara peyvənd və vitaminlər  vuran  baytar da qoşulub. Hər həftə keçirilən  bu aksiyalar zamanı könüllülər sahibsiz küçə itləri üçün yuva düzəldir və onları yemləyirlər.

Onu da qeyd edək ki, “Aliance” 2006-cı ildən fəaliyyət göstərir və Qurum Aidiyyatı dövlət orqanları ilə əməldaşlıq nəticəsində 2007-ci ildə “Ev Heyvanlarının Mühafizəsi haqda”  Beynəlxalq Avropa konvensiyasının Azərbaycanda ratifikasiyasına (rəsmi olaraq tanınmasına) nail olub.

Sizə keçirilən marofondan hazırladığımız fotoreportajı təqdim edirik:

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here