Home HƏKİM BABA Sağlam dişlər, bol gülüşlər!

Sağlam dişlər, bol gülüşlər!

266
0
SHARE

Sağlam dişlərə və cəzbedici gülüşlərə sahib olmaq biz kişilər üçün olduqca vacibdir.  Təxmin etdiyiniz kimi cəzbedici gülüşə sahib olmaq üçün ağız sağlamlığınıza fikir verməli, dişlərinizə yaxşı qulluq etməlisiniz. Daha sağlam dişlərə sahib olmaq üçün bəzi məsləhətlərimiz var.

Diş fırçası və diş məcunu istifadə edin!

Dişləri fırçalamaq ağız sağlığınızda önəmli rol oynayır və buna laqeyd yanaşmamlısınız. Hətta bunu vərdiş halına gətirsəniz daha yaxşı olar.

Nə cür diş fırçasından istifadə edək?

Diş fırçası seçərkən mümkün olduqca yumşaq telləri olan diş fırçası seçməyə çalışın. Sərt tellərə sahib diş fırçası diş ətlərinizi zədələyə bilər.

Dişlərimizi saat neçədə fırçalayaq?

Stomotoloqlar sağlıqlı dişlərə sahib olmaq üçün gündə ən az iki dəfə dişlərinizi fırçalamağınızı tövsiyə edirlər. Bəs bu fırçalamaq işini günün hansı saatlarında etməliyik? Sağlam dişlərə sahib olmaq istəyirsinizsə, axşam yatmadan öncə və səhər oyandığınızda ilk iş olaraq dişlərinizi fırçalamalısınız. Axşam dişlərinizi fırçaladıqdan sonra heç nə yeməməlisiniz.

Məcun istifadəsilə bağlı nələri bilməliyik?

Diş məcunu istifadə etməməklə də dişlərinizi təmizləyə biləcəyinizi unutmayın. Şərt olmasa da daha təmiz və sağlam ağız boşluğu üçün diş məcunundan istifadə etməyinizi tövsiyə edirik. Diş həssaslığınıza uyğun məcun seçə bilərsiniz. Bundan əlavə diş fırçasının üzərinə çox məcun tökməməyə çalışın.

Ən dəqiq diş fırçalama texnikası hansıdır?

Əksər insanlar dişlərini səhv fırçaladığı üçün ağız boşluğunu kifayət qədər yaxşı təmizləməmiş olurlar. Mütəxəssislər dişi dairəvi hərəkətlərlə fırçalamaq lazım olduğunu söyləyirlər. Dilinizi də fırçalamayı unutmayın. Mütəxəssislər ağız içindəki bakteriyaların çoxunun dil üzərinə yerləşdiklərini söyləyirlər. Bəzi diş fırçalarının arxasında dilinizi fırçalamaq üçün hissə olur. Sizin diş fırçanızda yoxdursa, bunu problem etməyin, dişlərinizi fırçaladığınız tərəfi də istifadə edə bilərsiniz. Dilinizin arxa tərəfindən başlayaraq qabağa doğru dilinizi süpürürmüş kimi fırçalayın. Fırçalama prosesi 2 dəqiqədən artıq olmasın.

Durulayın!

Dişlərinizi fırçalayarkən diş məcunundan istifadə edin və ya etməyin fırçalama bitdiyndə ağzınızı yaxşıca duruladığınızdan əmin olun. Nəticədə dişlərinizi fırçaladınız, amma bakteriyalar hələ də ağzınızın içində qalır. Düzgün durulamadığınız təqdirdə diş ətlərinizdə bakteriyaların yığılmasına səbəb ola bilərsiniz.

Ağız qarqarasından istifadə edə bilərsiniz!

Bu, şərt deyil, amma tərkibində spirt olmayan ağız qarqarası istifadə etməyinizi tövsiyə edirik. Beləcə dişlərin arasında və fırçanın çata bilmədiyi yerdəki bakteriyaları da təmizləmiş olursunuz.

Sağlam dişlər, bol gülüşlər diləyirik!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here