Home HƏKİM BABA Saç tökülməsinə qarşı evdə hazırlanan maskalar

Saç tökülməsinə qarşı evdə hazırlanan maskalar

188
0
SHARE

Hər ili saç tökülməsindən milyonlarla kişi əziyyət çəkir. Halbuki, problemin həlli mətbəxinizdə “yatır”.

Söhbət saçlarınızdan gedirsə, mətbəxin “usta”sına çevrilməlisiniz. Bahalı məlhəm və serumlara pul xərcləməyə dəyməz. Mətbəxinizə baş çəksəniz, saç tökülməsinin qarşısını asanlıqla ala bilərsiniz.

Kişi Magazine sizə mətbəxdəki məhsullarla asan hazırlanan 4 maskanı təqdim edir:

Kartof maskası:

İri kartofu təmiz soyub, sürtgəcdən keçirin. Sürtkəcdən keçirdiyiniz kartofun şirəsini sıxın. Əldə etdiyiniz şirəyə 2 x.q. aloe vera geli qatın. Alınan qarışığa 2 x.q. bal əlavə edin. Yaxşı qarışdırın. Alınan maskanı saçınıza çəkin və bir neçə dəqiqə massaj edin. Sonra başınıza hamam papağı keçirib, dəsmalla sarıyın. 2 saat saxlayın. Sonra isti suyla yuyun.

Bal maskası:

Bir x.q.-ı balı gənəgərçək yağı, bir yumurta sarısı və bir x.q.-ı romla qarışdırın. Qarışdırdıqdan sonra əldə olunan maskanı saçlarınızın dibindən ucuna doğru çəkin. Daha sonra başınızı sellofanla bağlayıb üstündən dəsmalla sarıyın. 2 saat saxladıqdan sonra, isti suyla yuyun. Bu maskanı saçdan yumaq çətindir. Ona görə bir neçə dəfə şampundan istifadə etməli olacaqsınız.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here