Home KİŞİ NEWS “Ruhlarla cinsi əlaqəyə girirəm”

“Ruhlarla cinsi əlaqəyə girirəm”

250
0
SHARE

İngiltərədə televiziya kanallarının birində maraqlı açıqlama verilib.

Kişi Magazine Ölkə.Az-a istinadən xəbər verir ki, telekanalların birində səhər verilişində qonaq olan 27 yaşlı qadının söylədikləri hər kəsi təəccübləndirib. Amezter Realm adlı qadın ruhlarla münasibətdə olduğunu bildirib.

Qadın qonaq olduğu verilişdə iştirakçıları və tamaşaçıları heyrətə salıb. O, ruhlara görə nişanlısından ayrıldığını deyib.

“Ruhlarla ilk dəfə nişanlımla yeni köçdüyümüz evdə tanış oldum. İlk əvvəl özüm də buna inana bilmirdim. Sonradan ruhla cinsi əlaqəyə girdim. Bu hadisədən sonra nişanlımla da ayrıldım”, – deyə qadın bildirib.

A.Realmın sözlərinə görə, nişanlısından ayrıldıqdan sonra ruhlarla bir evdə yaşamağa başlayıb: “İlk öncə ruhla tanış olanda qəribə hiss vardı. Ruhun üzərimdə olduğunu və bədənimə toxunduğunu hiss edirdim. Əvvəllər bundan qorxsam da, sonradan ruhlarla münasibətdə olmaq mənə həzz verir. Ruhdan uşaq doğmaq istəyirəm”.

Qeyd edək ki, qadının danışdıqları çoxunun heyrətinə səbəb olub. Bəziləri qadının dəli olduğunu bildirib. Lakin həkimlər onun səhhətində problem olmadığını açıqlayıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here