Paylaş

Dünyada tək nüsxədə buraxılmış olan unikal Rolls-Royce Hyperion kabrioleti dördüncü dəfə satışa çıxarılıb.

“Kişi Magazine” Bizplus.az-a istinadən xəbər verir ki, bu avtomobil Alain Class Motors mərkəzi tərəfindən Dubayda 2 milyon avro qiymətinə satılır.

Hyperion 6,75 litrlik 459 a.g. və 710 N.m. fırlanma anına malik V12 mühərrikə sahibdir. 100 km həddinə 5.7 saniyəyə sürətlənir. Maksimal sürəti isə – 250 km/saat-dır.