Home KİŞİ YATAQDA “Region gəncləri arasında sağlamlığın fəaliyyətə təşviqi layihəsi” həyata keçirilib

“Region gəncləri arasında sağlamlığın fəaliyyətə təşviqi layihəsi” həyata keçirilib

751
0
SHARE

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki rayonunda 19-21 fevral tarixlərində “Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsi keçirilib.

Kishi Magazine xəbər verir ki, tədbiri giriş sözləri ilə açıq elan edən layihə rəhbəri Aidə Səlimova iştirakçılara layihə haqqında məlumat verib, təlimlərin psixologiya ixtisası üzrə təhsil alan gənclərin maarifləndirilməsi məqsədilə keçiriləcəyini qeyd edib.
Əsas vəzifəsi region gəncləri arasında psixi sağlamlığın fəaliyyətdə təşviqinin artırılması və Şəkidə psixologiya ixtisası üzrə təhsil alan tələbələrlə Bakıdakı psixologiya tələbələri arasında şəbəkələşmənin yaradılması olan “Region gəncləri arasında sağlamlığın fəaliyyətə təşviqi layihəsi” Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının psixologiya tələbələri ilə həyata keçirilib.
3 gün davam edən təlimlər zamanı layihə iştirakçılarına “Psixi sağlamlıq, ilkin psixoloji yardım”, “Psixi sağlamlıq fəaliyyətində könüllülüyün təbliği”, “Psixi xəstəliklər və onların profilaktikası”, “Psixoloji yardım və psixoloji xidmət haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu” barədə məlumatlar verilib, mövzulara uyğun qrup işləri aparılıb. Daha çox təcrübi istiqamətdə davam edən təlimlərin sonunda iştiakçılar psixoloji konsultasiyaya cəlb olunaraq, real konsultasiya zamanı düzgün psixoloji iş və psixoterapevtik metodlar barədə də praktiki biliklər əldə ediblər.
Xatırladaq ki, layihənin keçirilməsində əsas məqsəd regionlarda gənclər arasında düzgün və sağlam psixi inkişafla bağlı maarifləndirmə kampaniyasının başlanılması, gündəlik həyatda rast gəlinən psixoloji problemlər barədə ilkin məlumatların əldə olunması və onların həlli barədə psixodiaqnostik işlərin həyata keçirilməsi və bu bacarıqların formalaşdırılması olub.
Layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb. Təlimlərin sonunda isə layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qaliblərindəndir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here