Home KİŞİ BİLMƏLİDİR Qızınızın həyat yoldaşı seçimi sizdən asılıdır

Qızınızın həyat yoldaşı seçimi sizdən asılıdır

283
0
SHARE

Hər  ata başa düşür ki, uşaqla isti münasibət üçün onu başa düşmək və onunla dost olmaq lazımdır.

“Kişi Magazine” Ailem.az-a istinadən qız övladları ilə yaxşı münasibət qurmaq istəyən  atalara bir neçə məsləhət verir:

Ona sizin sevginiz lazımdır

Qızınıza sevginizi göstərməyə çalışın. Onun buna pul və hədiyyədən daha çox ehtiyacı var. Ünsiyyətin çatışmazlığını bunlarla əvəz etmək olmaz. Həyatda heç kim ona sizin verə biləcəyiniz güvən hissini verməyəcək. O böyüyəcək, səhvlər edəcək, sizi əsəbiləşdirəcək,  hətta bəzən kobud olacaq. Bütün bunlara baxmayaraq, heç vaxt sevginizi ondan əskik etməyin.

Onun həyat yoldaşı seçimi sizdən asılıdır

Sizin qızınıza münasibətiniz onun gələcək həyat yoldaşı seçimini müəyyən edir. Əgər siz yaxşı ata olsanız, o, sizə oxşar oğlan axtaracaq. Əks halda, seçim etmək və ailə qurmaq onun üçün çox çətin olacaq. Sağlam ailələrdə qız uşaqları tez-tez deyir: “mən böyüyəcəm, atama ərə gedəcəm”. Bu, yaxşı göstəricidir.

Onun dinlədiyi musiqini dinləyin

Qızlar yeniyetmə çağına çatdıqda müasir musiqilərə maraq göstərir. Bu musiqidə onun nə xoşuna gəldiyinə diqqət edin. Dəbdə olan musiqi qruplarının konsertinə qızınızla birgə gedin. Maşında gedərkən onun dinlədiyi mahnını dəyişməyin. Unutmayın ki, maşınla gəzinti bitəcək, ancaq küskünlük qalacaq.

Qızınız anasına necə münasibət bəslədiyinizə diqqət yetirir

Bu, siyahıda ən vacib məsələdir. Siz yalnız bu məsləhətə əməl edərək qızınızla əla münasibət qura bilərsiniz. Məsləhət sadədir: uşaqlara onların anasına və ailənizə dəyər verdiyinizi göstərin. Uşaqlarla məşğul olarkən, şəxsi həyatınızı da unutmayın. Yoldaşınızla uşaqlarsız teatra, kinoya, restorana gedin. Uşaqlara yoldaşınızın həyatınızda necə vacib rol oynadığını nümayiş etdirin. Bu həm də uşaqlarınızın öz gələcək ailəsinə də münasibəti formalaşdırır.

Qızınız yetkinlik yaşına çatdıqda ondan uzaqlaşmayın

Qız uşaqlarında 11-15 yaş arası çətin dövr başlayır. Bu dövrdə o, həm xarici görünüşcə, həm də xasiyyətcə kobudlaşacaq. Bu çətin dövrdə onunla emosional əlaqəni kəsməyin. Problemləri, maraqları, məşğuliyyətləri ilə maraqlanın. Sizə müraciət etdiyi istənilən mövzuda kömək etməyə çalışın.

Onunla bərabər idmanla məşğul olun, bu xarakteri möhkəmlədir

Qızınızın sağlam və güclü qadın kimi formalaşması üçün ona idmanı sevdirməlisiniz. Birlikdə səhər idmanı edin, gəzintiyə çıxın, velosiped sürün. Qızlar zəif böyüməməlidir. İdmanla məşğul olduqca o, həm ürək, həm də xarakter möhkəmliyi əldə edəcək.

Tez-tez balaca bayram tədbirləri təşkil edin

Uşaqlıq illəri qızınızın yaddaşında ən yaxşı illər kimi qalmalıdır. Bunu isə kiçik sevinc və hadisələrlə edə bilərsiniz. Məsələn, qızınızın 10 yaşını evdə yemək masası ətrafında deyil, 3-4 günlük səyahətlə qeyd edin. Qoyun, o, özü gedəcəyiniz yerlərin siyahısını tutsun. Yolda ona gündəlik yazmağı təklif edin. Çəkdirdiyiniz şəkilləri toplayaraq albom düzəltməyi unutmayın.

Həftə sonlarını şəhərin maraqlı yerlərinə gəzinti təşkil edə bilərsiniz. Birlikdə keçirdiyiniz günlərdən xatirələr toplamağı da yaddan çıxarmayın.

Ona həyatda bəxş etməyi öyrədin, almağı deyil

Uşaqlar bir qədər böyüdükdən sonra dünyanın təkcə onlara aid olmadığını kəşf edirlər. Başa düşürlər ki, əlində olan tortu bacı-qardaşları ilə bölməlidir. Ona izah edin ki, əgər biz insanlara kömək etsək, dünya daha da yaxşı olacaq. Təkcə özü haqqında düşünmək, yalnız özünü sevmək olmaz. Haqsız olduqda isə üzr istəməyi öyrədin.

Həyatının ən vacib məqamlarında yanında olun

Məlumdur ki, əksər atalar işləyir, öz karyerası ilə məşğuldurlar, boş vaxtları demək olar ki, olmur. Bütün hallarda qızınızın həyatının ən vacib vaxtlarında yanında olmağa çalışın. Məslən, musiqi məktəbində konsert və ya rəsm əsərlərinin sərgisində. Nəticədən asılı olmayaraq, onu tərifləyin. Hətta sizi futbol oyununa dəvət etsələr belə, nəzərə alın ki, futbol matçı hələ çox olacaq ancaq qızınızın uşaqlığı bir daha olmayacaq.

Evdə olarkən mobil telefonu söndürün

Ataların əksəriyyətinin əsas səhvi evə gəldikdən sonra da evdə  “olmamalarıdır”. Evə gəldikdən sonra mobil telefonla danışır, Tvitter və ya Feysbukda yazışırlar. Övladınız isə sizdən diqqət gözləyir. Evə daxil olan kimi telefonu söndürün, onunla oynayın və ya kitab oxuyun. Unutmayın ki, bir qədər sonra ona diqqət ayrılmayan evdə olmaq istəməyəcək.

Saç hörməyi öyrənin.

Əlbəttə ki, uşağın saçını daramaq, hörmək ananın işidir. Ancaq ata kimi saç hörməyi hər ehtimala qarşı öyrənməlisiniz. Bəlkə ikilikdə səfərə çıxdınız. Beləcə qızınız  biləcək ki, kişi təkcə güclü deyil, həm də qayğıkeş ola bilər.

Qızınızla ikilikdə harasa gedin

Heç olmasa ildə bir dəfə qızınızı təklikdə görüşə dəvət edin. Onunla teatr, kino və ya restorana gedin. Belə görüşlər kişinin qadınla necə rəftar etməli olduğunu göstərəcək.

Ona izah edin ki, xarici gözəllik hələ hər şey demək deyil

Ata qızına izah etməlidir ki, daxili gözəllik xarici gözəllikdən üstündür, onun xarakteri, qəlbi, özünə qiyməti həyatda düzgün yol tapmağa kömək edəcək. Bu dövrdə sağlam düşüncəli qız böyütmək asan deyil, ancaq mümkündür.

 

Qızınızdan üzr istəməkdən çəkinməyin

Atalar qızları üçün hər şey edir, ancaq onlar mələk deyillər. Ataların da haqsız sözləri, söz verib əməl etmədiyi anlar olur. Bu hallarda qızınızdan üzr istəməyə utanmayın. Bu hərəkət sizi ata mövqeyindən salmayacaq, əksinə siz insan kimi övladınızın gözündə yüksələcək və yaxşı nümunə olacaqsınız.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here