Home KİŞİ NEWS “Qıza görə burnumu sındırıblar”

“Qıza görə burnumu sındırıblar”

229
0
SHARE

“İlk dəfə 4 yaşımda öpüşmüşəm. Qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim”.

Kişi Magazine Ailem.az-a istinadən məlumatına görə, bunu xalq artisti Faiq Ağayev “Klip+” verilişinə açıqlamasında deyib. Sənətçi aparıcının “Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız?” sualına belə cavab verib: “Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda danışmaq düzgün deyil. Evdəkilər deyir ki, 4 yaşımda qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim. Məndən əvvəl onu aldılar, indi gözəl ailəsi var”.

F.Ağayev məktəb illərində baş vermiş bir hadisəni də xatırlayıb: “Qıza görə burnumu sındırıblar. Elə əməliyyat etdirməyimin də səbəbi o idi. Sinif yoldaşımın qohumları Kanadadan ona qolbağ göndərmişdi. Qızla eyni partada otururduq, səmimi idik. Qolbağını mənim qoluma taxmışdı. Bir gün dərsdən sonra o qızı istəyən başqa sinif yoldaşımla dava etdik. O mənim burnumu, mən onun çənəsini sındırdım”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here