Home İDMAN “Qəbələ”nin sabiq baş məşqçisi klubdan gedir

“Qəbələ”nin sabiq baş məşqçisi klubdan gedir

328
0
SHARE

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams İspaniyanın “Qranada” klubundakı gələcək taleyinə aydınlıq gətirib.

51 yaşlı ingiltərəli mütəxəsis yenicə təyin olunduğu Primera təmsilçisinin “sükanı arxası”ndan cari mövsümün sonunda gedəcəyini təsdiqləyib. Bundan sonra onun yerinə ispaniyalı mütəxəssis gələcək.

Çempionatda 32 oyundan sonra 19-ci olan “Qranada”nı dünən keçirilən növbəti turda  “Sevilya”ya uduzub.

Xatırladaq ki, aprelin 10-da cari mövsümün sonunadək müqavilə imzalayan Adams baş məşqçi təsdiq olunub. O, debütündə 0:3 hesablı məğlubiyyət alıb.

Mənbə:Qol.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here