Home KİŞİ MƏTBƏXDƏ Qaz ətinin ləzzətini bilirsiniz?

Qaz ətinin ləzzətini bilirsiniz?

206
0
SHARE

Bir çox Asiya və Avropa ölkələrinin mətbəxində özünəməxsus yeri olan qaz ətini bir çoxlarımız sevirik. Amma ləzzəti ilə yanaşı tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizmi üçün çox faydalı qidadır. Kişi Magazine Ailem.az-a istinadən qaz ətinin faydalarını sadalayır.

Qaz əti adətən qışda yeyilir. Tərkibində bol miqdarda vitamin və minerallar var. Çox duzlu və yağlı istifadə edilməsi məsləhət görülməyən qaz ətinin suyu da özü qədər ləzzətli və faydalıdır.

Qaz ətində olan fosfor və kalsium diş ətlərinə və sümüklərə olduqca faydalıdır. Tərkibindəki B6 vitamini immunitet sistemini gücləndirərkən B5 vitamini də saçların təbii rəngini qorumağa yardımçı olur.

Qaz ətinin adətən buxarda bişirilməsi və bol tərəvəzlə servis edilməsi məsləhət görülür.

Qeyd edək ki, ağır və yağlı olduğu üçün ürək və damar problemləri ilə xolesterol narahatlıqları olanların çox yeməsi məsləhət görülmür.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here