Home İDMAN “Qarabağ” inamla mübarizə aparacaq”

“Qarabağ” inamla mübarizə aparacaq”

231
0
SHARE

Sentyabrın 27-də Ağdamın “Qarabağ” komandası növbəti avrokubok matçına çıxacaq. Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşacaq. Bu Azərbaycan futbolu tarixində Çempionlar Liqasının Azərbaycanda keçiriləcək ilk qarşılaşmasıdır. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Qarabağ”-“Roma” qarşılaşması ilə bağlı fikirlərini “Kişi Magazine”lə bölüşən idman şərhçisi Rövşən Binnətli hər iki komandanın oyuna tam hazır olduqlarını deyir:

“Həm İtaliyanın, həm Azərbaycanın ölkə çempionatında yeni mövsüm başlayıb. Komandalar ayrı-ayrılıqda 5-6 oyun keçiriblər. Komandalar oyuna hazırdırlar. Rəqib komanda güclüdür. Əsasən, oyunçularının potensialı baxımından hazırlıq səviyyəsi bizim hazırlıq səviyyəmizdən qat-qat üstündür. Hesab edirəm ki, hər kəs öz səviyyəsində bu oyuna hazırdır”.

İdman şərhçisi “Qarabağın” oyun meydanında daha sağlam, daha məntiqli mübarizə göstərəcəyinə ümid etdiyini bildirir: 

“Çempionlar Liqasındakı ab-hava tamam başqadır. Rəqib futbolçuların ad-sanı, oyunçularımızın təcrübəsizliyi məğlubiyyətimizə səbəb olur. Komandamızın qalib gəlməsi reallıq baxımından doğru deyil. Lakin azarkeş istəyindən irəli gələn bəzi nüanslar var. İçimizdə nikbin bir ruh var ki, komandamız heç olmasa, 1 xal qazanar. Ümid edirəm ki, Qarabağın əzmkarlığı, döyüşkənliyi, ən çətin anda toparlana bilməsi, azarkeşlərin dəstəyi komandanı ruhlandıracaq və Qarabağ inamla mübarizə aparacaq. Bəzi azarkeşlər, mütəxəssislər də Qarabağın qələbəsinə ümid edirlər. Bunu da son zamanlar Romanın zəifləməsi ilə əlaqələndirirlər. Əgər “Roma” həqiqətən yaxın keçmişdə zəif çıxış edibsə, nəzərə almaq lazımdır ki, bu komanda bu zəifliyi öz səviyyəsindəki komandalarla qarşılaşmalarda göstərib. Etiraf etməliyik ki, hazırda qrupdakı digər 3 komanda “Qarabağ”a 6 xallıq baza kimi baxır”.

Sonda idman şərhçisinin “Qarabağ” komandasında qapıçı dəyişikliyi barədə fikirlərini də öyrəndik. Onun fikrincə, qapıçı mövqeyi ilə əlaqədar hər hansı dəyişiklik olmayacaq:

“Bugünkü oyunda da İbrahim Şehiçin qapıda duracağını düşünürəm. Şehiç daha təcrübəlidir. Çünki “Çelsi” ilə qarşılaşmada təkcə Şehiç deyil, bir neçə futbolçu istisna olmaqla, digərləri öz mövqeyində ciddi səhvə yol verdilər. Əminəm ki, komandamız Roma ilə qarşılaşmada bu səhvləri təkrarlamayacaq”.

Qeyd edək ki,”Qarabağ” qrup mərhələsinin I turunda İngiltərənin “Çelsi” komandasına 6-0 hesabı ilə məğlub olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here