Home KİŞİ BİLMƏLİDİR Qadınlar və kişilər arasında 10 fərq

Qadınlar və kişilər arasında 10 fərq

243
0
SHARE

Qadınlar və kişilər hərtərəfli biri-birilərindən fərqlidirlər. Onlar fərqliliklərini müxtəlif üsullarla büruzə edirlər. Kişi Magazine sizlərə qadınlar və kişilər arasında 10 fərqi təqdim edir:

1. Paltarlar çıxarmaq

Qadın və kişilər paltarlarını fərqli tərzdə çıxardırlar. Kişilər qollarını çiyin arxasına alır və paltarın yaxalarından tutaraq çıxardır. Qadınlar isə qollarını qarşısında çarpaz tutub paltarın alt qisimindən tərsinə çevirərək çıxardır.

Əslində kişilər iki yolu da istifadə etsə də, qadınlar yalnız bu üsuldan istifadə edir. Bunun səbəbi isə qadınların paltarlarının daha dar olmasıdır.

2. Əllərini fərqli göstərmək

Əllərini göstərməyini istədikdə, kişilər hər zaman ovuc içlərini göstərəcək. Sanki gizləcədək heç bir şeyi yoxdur.

Qadınlar isə əllərinin arxa hissəsini göstərir.

3. Top atmaq

Kişilər topu başının üstündən atırsa, qadınlar topu iki əliylə tutaraq atır.

4. Əsnəmək

Əksər kişilər əsnərkən ağzını yumruq edərək bağlayar.

Qadınlar isə açıq ovuc içini istifadə edir. Bunun daha zərif göründüyünü düşünürlər.

5. Səsləri eşitmək

Qadınlar kişilərə görə daha kəskin səsləri eşidə bilir. Onlara yüksək səs frekanslarını eşidə bilmə bacarığına görə mütəxəssislər deyə bilərik.

Qadın beyni uşağın ağlamasını eşidə bilir, kişilər isə heç bir şey olmamış kimi yuxularına davam edir. Səsin haradan gəldiyini isə kişilər qadınlara görə daha yaxşı bilir.

6. Oturmaq

Qadınlar ayaqlarını ya birləşmiş şəkildə ya da ayaq ayaq üstünə ataraq oturur.

Kişilər isə dizləri aralı oturur.

7. Sağı solu ayırd etmək

Kişilər əsla sağını, solunu qarışdırmır.

Amma qadınlardan soruşsanız, dərhal cavab ala bilməzsiniz. Ümumiyyətlə xatırlamaq üçün ya nişan üzüyünə, ya da hansı əllə yazdıqlarına baxarlar.

8. Baxmaq

Kişilər irəlidə və uzaqda olan şeyləri daha dəqiq görə bilir. Tunel görüşü olaraq da adlandırılan bu xüsusiyyət, kişilərdə ovunu tutan ovçunun qabiliyyəti olduğunu izah edir. Bu görə də kişilər  corablarını, açar və ya pulqabılarını tapmaqda çətinlik çəkirlər.

Qadın ətrafında nə var, nə yox, mümkün qədər görmək istəyit. Onlarda uşaqlarını hər hansı təhlükədən uzaq tutma instinkti var. Buna görə qadınlar yol qəzalarına daha az düşür.

9. İşlə məşğul olmaq

Kişilər ancaq bir işə fokuslana bilir. Əgər təraş olarkən onunla danışmağa cəhd etsəniz, yəqin ki, özünü kəsəcək.

Qadınlar isə eyni anda bir çox işlə məşğul ola bilirlər.

10. Məlumatı xatırlamaq

Bir qadının zehni minlərlə fayldan ibarətdir və hər şey düzgün yerdədir. Qarşılaşdıqları insanları, olan hadisələri daha dəqiq xatırlayırlar. Kimin hansı yeməyi sevdiyindən ad günü tarixlərinə, anasının ondan etmək istədiklərindən, uşağının məktəb ehtiyaclarına qədər bir çox şeyi ağılında saxlayır.

Kişilər isə yalnız çox əhəmiyyətli olduqlarını düşündükləri şeyləri xatırlayar.

Mənbə:Ahaber

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here