Home KİŞİ NEWS Qadınlar təkcə seks üçün deyil

Qadınlar təkcə seks üçün deyil

543
0
SHARE

Qadınlarla yataqdan başqa bir çox şeyləri paylaşmaq olar. Qadınlar təkcə seks üçün deyil. İstənilən insanın hər hansı bir insanla edə biləcəyi hərəkətləri, fəaliyyətləri qadınlarla da etmək mümkündür. Qadınlarla dost, sirdaş, yoldaş da olmaq olar. Onların mehribanlığı heç də “yataq bölüşmək” anlamına gəlmir.

Qadınlarla bunları da edə bilərsiniz:

Söhbət etmək

Arada fikri dağıtmaq üçün söhbət etmək lazımdır. Qadınlarla söhbət etməyin heç bir zərəri yoxdur. Bir qadın bir kişi ilə normal insan kimi söhbət edə bilər. Lakin həmin kişi bu münasibətdən qadının onunla yatmaq istədiyi nəticəsini çıxarsa, qadın çox əsəbləşə bilər. Əsəbiləşən qadınla diqqətli davranmaq məsləhətdir.

Gülmək

Məzəli bir hadisəyə gülmək çox təbii insani bir reaksiyadır. Gülmək bir ehtiyacdır və qadınlar da bu ehtiyaclarını aradan qaldırmağı bacarırlar. Yəni bir və ya daha çox kişinin olduğu mühitdə gülən qadın, heç də həmin kişilərə “yataq bölüşək” mesajını vermir. Hər hansı vəziyyət, hadisə məzəlidirsə ona gülürlər, bu qədər sadə.

Filmə baxmaq

Maraqlıdır, qadınlar seksdən sonra müzakirə etmək üçün kişilərlə film izləməyi sevirlər. Yəni bir kişinin kinoya getmək təklifini qəbul edən qadın, həmin kişi ilə birlikdə olmaq üçün “yaşıl işıq yandırır” demək deyil.

Piyada gəzmək

Tibbi araşdırmalar sübut edib ki, piyada gəzmək beyin hüceyrələrini yeniləyir və bir kişinin bir qadınla piyada yeriməsində heç bir qəbahət yoxdur. Kişi ilə piyada gəzmək istəyən qadının, bu yolun yataqda bitəcəyini düşündüyü ağlınıza belə gəlməsin.

Dərdləşmək

Kişilər də insandır və kişilərarası söhbətlərdən bezib bir qadınla danışmağa ehtiyac duya bilərlər. Ümumi tendensiya belədir ki, kişilər və qadınlar həmcinsləri ilə oturub dərdləşdikdə bir-birinə haqq qazandırırlar. Halbuki, insanın tənqiddə də ehtiyacı var ki, doğrunu tapa bilsin. Bir qadını ən yaxşı kişi tənqidçisi, bir kişi də ən yaxşı qadın tənqidçisidir. Bir sözlə, qadınlar dərdləşmək üçün yaxşı yoldaşlardır.

Mənbə: ailem.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here